Reklam
Dünya şöhrətli fotoqraf Kəlbəcərdə - Şəkil
02-02-2021 22:13
Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır. Tanınmış soydaşımız viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. R.Deqati artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alıb və dünya mətbuatında işıqlandıra bilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tanınmış fotoqraf budəfəki səfərində Kəlbəcər Rayon Polis Şöbəsinin qonağı olub.
O, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib.
R.Deqati daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto və video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 02-02-2021 22:13
Baxış sayı: 3530Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























