Reklam
Kəlbəcərli deputat: "Biz ermənilərə mesaj verdik ki..."
21-01-2021 11:05
Milli Məclisin 123 saylı seçki dairəsindən olan deputatı Aqil Məmmədov Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər edib.
Dalidag.az xəbər verir ki, səfərlə bağlı təəssüratlarını modern.az-la bölüşən deputat bildirib ki, Kəlbəcər noybarın 25-də Azərbaycana qaytarılsa da, Ağdaban kəndinə gediş-gəliş yox idi:
“Şükürlər olsun ki, arzumuz yerinə yetdi. Bir qrup sakinlə Ağdaban kəndinə getdik. Məqsəd işğaldan azad edilmiş Kəlbəcərə baş çəkmək, oradakı vəziyyətin canlı şahidi olmaq və əsgərlərimizlə görüşmək idi. Kəlbəcər noyabrın 25-də azad edilsə də, rayonun Ağdaban və Çayqovuşan kəndlərinə gediş-gəliş yox idi. Çünki o kəndlər Ağdərə rayonu ilə həmsərhəd olduğuna görə insanları ora buraxmırdılar”.
Ağdabanda Aşıq Şəmşirin məzarını ziyarət edən deputatın sözlərinə görə, erməni vandallığı məlum ssenari ilə burada da həyata keçirilib:
“Biz Ağdaban və Çayqovuşan kəndlərini ziyarət etdik, kəndin hər qarışını gəzdik. Dədə Şəmşirin qəbrini ziyarət etdik. Təbii ki, həmin ərazilərdə qəbiristanlığın vəziyyəti hamıya bəllidir. Ermənilər öz vandallığını Ağdaban kəndində də göstəriblər. Kənd yerlə-yeksan olunub. Bir salamat dam belə tapa. Düzdür, o mənzərə bizə xoş təsir etmədi. Buna baxmayaraq, əsas məsələ o torpaqlarımıza ayaq basmağımız idi. Boya-başa çatdığımız torpaqlara gedə bildik”.
Aqil Məmmədovun sözlərinə görə, Ağdaban və Çayqovuşana getmək üçün ermənilərin yaşadığı kəndlərin içindən keçməli olublar:
“Ağdaban və Çayqovuşan kəndlərinin yolu hələ minalardan təmizlənməyib. Buna görə də biz Rusiya sülhməramlılarının müşayiəti ilə ermənilərin yaşadığı Çapar kəndinin içindən keçdik. Həmin kənddə ermənilər yaşayır. Azərbaycan seriyalı maşınların erməni kəndlərindən keçib getməsi onlara mesaj idi ki, biz artıq öz kəndimizə qayıdırıq. Tezliklə Ağdaban yolu da bərpa olunacaq. Ağdaban yoluna qayıdışımızı da, orada yaşayışımızı da bərpa edəcəyik. Məndən tez-tez Ağdərə-Kəlbəcər yolunun açılıb-açılmayacağını soruşurlar. Əminəm ki, yaxın zamanlarda Ağdərə-Kəlbəcər yolu ilə bağlı məsələ öz həllini tapacaq. İnsanlarımız o yoldan da istifadə edəcək”.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 21-01-2021 11:05
Baxış sayı: 3388
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23