Reklam
Deputat Aqil Məmmədov 28 ildən sonra Kəlbəcərdə - ŞƏKİLLƏR
15-01-2021 12:47

Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov 28 ildən sonra doğma yurda səfər edib.
Dalidag.az-ın məlumatına görə, 3 gün ərzində işğaldan azad edilmiş Kəlbəcərdə olan millət vəkili burada müxtəlif yerlərə baş çəkib. Rayon mərkəzində fəaliyyətini yenidən qurmağa başlayan dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının yerli şöbələrinin işi ilə tanış olub.
Millət vəkili Azərbaycan-Ermənistan sərhədi boyu mövqe tutan, ağır hava şəraitinə baxmayaraq sərhədlərimizi qoruyan hərbçilərimizin zastavalarına baş çəkib. Onların vəziyyəti, qayğıları ilə maraqlanıb. Hərbçilərlə görüşlərdə deputat A.Məmmədov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə, çətin coğrafi mövqedə, sərt hava şərtləri altında xidmət edən hərbçilərimizin sosial şəraitlərinin yaxşılaşdırılması üçün intensiv tədbirlər görülür. Və bu işlər davam etdiriləcək.
O, yenidən Kəlbəcər dağlarında, düşmən mövqeləri ilə üz-üzə xidmət etməyin böyük şərəf olduğunu vurğulayaraq hərbçilərimizə bu müqəddəs missiyanın həyata keçirilməsində uğurlar arzulayıb.
Millət vəkili Kəlbəcərdə olduğu müddətdə bir sıra kəndlərə də baş çəkib.
Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 15-01-2021 12:47
Baxış sayı: 3542Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























