Reklam
Kəlbəcərin gəzməli yerləri haqqında videoçarx hazırlanıb - VİDEO
19-12-2020 15:55
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Kəlbəcərin gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.Dalidag.az-ın məlumatına görə, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.
“Kəlbəcər qədim abidələri, alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malikdir. Bu gün düşməndən azad olunan Kəlbəcərin gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Kəlbəcərin gəzməli-görməli yerləri, o cümlədən Azərbaycan Albaniyası dünya əhəmiyyətli nümunələrindən “Xudavəng” monastır kompleksi və Gəncəsər məbədi, VII-VIII əsrlərə aid edilən Kəlbəcər rayonunda dağ qalaları içərisində ən əzəmətlisi hesab olunan Lev qalası, orta əsrlərə aid edilən müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələr, kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə müalicəvi suları, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganə olan İstisi bulaqları, uzunluğuna və dərinliyinə görə seçilən çayları haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan və Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunub.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ videoçarxların hazırlanması nəzərdə tutulub.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 19-12-2020 15:55
Baxış sayı: 4427Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























