Reklam
Kəlbəcər rayon Təhsil Şöbəsində nə baş verir? - Bəzi məqamlara toxunulub...
17-12-2020 10:15
Dəfələrlə ayrı-ayrı dövlət müəssisələrində, qurum və təşkilatlarda məmur özbaşınalığı, rüşvətxorluq, korrupsiya faktları aşkarlanıb. Məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən ölçü götürülsə də, təəssüf ki, eyni hallar yenə də mövcuddur. Bu cür cinayət tərkibli hadisələrə təhsil sahəsində rast gəlinməsi isə ümumiyyətlə, qəbuledilməzdir.Son illər ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı, bu sahənin inkişafına öz müsbət təsirini göstərmişdir. Hər il davamlı uğurlarımız, yüksək nəticələr, müasir təhsil prinsiplərinə uyğun sistemləşmiş proqram təşkili bir daha göstərir ki, cəmiyyətin savadlı yetişməsi üçün bu sahədə lazımi qaydada işlər gedir. Ancaq yerlərdə məmur məsuliyyətsizliyi, özbaşınalığı görülən işlərə kölgə salır.
Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan hüquq müdafiəçisi, ictimai fəal Əziz Qənbərov Kəlbəcər rayon Təhsil Şöbəsində və məktəblərdə baş verən neqativ hallara toxunub, hüququ pozulan müəllimlərimizin qarşılaşdığı çətinlikləri ictimailəşdirib.
Ə. Qənbərov bildirib ki, Kəlbəcər rayon sakini, Qəbələ rayonu Zarağan 2 köçkün şəhərciyində məskunlaşmış, Kəlbəcər rayon 31-saylı tam orta məktəbin müəllimi Kamil Allahverdi oğlu İsmayılov vəkilə ərizə-məktub ünvanlanlayıb. Vəkilin sözlərinə görə, müəllim həmkarları ilə birlikdə məmur özbaşınalığı ilə qarşılaşdıqları və çətin durumda olduqları barədə şikayətində vurğulayıb ki, 109 ümumtəhsil məktəbin direktorları birləşərək müəllimlərin və texniki işçilərin əməkhaqlarından "Qırmızı Aypara" cəmiyyətinİn adına, heç bir müəllim və işçinin yazılı şəkildə razılığı olmadan qanunsuz olaraq tutulmalar ediblər. Həmçinin, hüquq müdafiəçisi sosial şəbəkələrdə bəzi Kəlbəcər məktəblərində qəsdən və bilərəkdən əməkhaqqının gecikdirilməsi ilə bağlı narazılıqları əks etdirən məlumatların yayıldığını nəzərə çatdırıb. Texniki işçilərin əməkhaqı kartlarının təhsil şöbəsi və direktorlar tərəfindən alınıb saxlanılması da iddia olunur.
Nəticədə ortaya əsaslı sual çıxır: Kəlbəcər rayon Təhsil Şöbəsində nələr baş verir?
Qeyd edək ki, Ə. Qənbərovun ictimailəşdirdiyi məsələlərin bəzi məqamlarının həqiqətən də ciddi araşdırılmağa ehtiyacı var.
Bu barədə qarşı tərəflərin mövqeyini də işıqlandırmağa hazırıq.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 17-12-2020 10:15
Baxış sayı: 3837Yazı axını
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
Ən çox oxunanlar




























