Reklam
Kəlbəcərli üç qardaşın faciəsi
03-12-2020 19:36
Kəlbəcərdən olan bir ailənin 2 üzvü koronavirusdan, bir qardaş isə ürək tutmasından dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a dünyasını dəyişənlərin qardaşı İsa Cəbrayılov məlumat verib. İsa Cəbrayılovun sözlərinə görə, qardaşlarında simptomlar aşkar olunandan sonra müalicəyə başlayıblar: “Qardaşlarımın 50-dən çox yaşı vardı. Böyük qardaşım Cəbrayılov Elman İsmayıl oğlu 1958-ci ildə, ortancıl qardaşım Cəbrayılov Telman İsmayıl oğlu 1960-cı ildə, ürək tutmasından dünyasını dəyişən kiçik qardaşım isə Cəbrayılov Bəhmən İsmayıl oğlu 1962-ci ildə Kəlbəcərdə doğulublar. 3 qardaşımın 20 gün müddətində dünyalarını dəyişməsi bizim üçün çox ağır oldu. Biz Kəlbəcərimizə qovuşduq, amma qardaşlarım bir daha Kəlbəcərə gedə bilməyəcək. Bu çox ağır dərddir”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Cəbrayılovlar ailəsi də öz dədə-baba yurdları olan Kəlbəcər rayonundan məcburi köçkün düşərək Gəncə şəhərində müvəqqəti olaraq məskunlaşmışdılar.
Allah rəhmət eləsin! Allah ailəsinə səbr versin!
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 03-12-2020 19:36
Baxış sayı: 4667Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























