Reklam
Kəlbəcərli Qurban, qaçqın Qurban, Arabaçı Qurban, "Ey araba"
30-11-2020 18:28

Güya kirayəçi olan Əli dedi ki, müəllim, çox ürəyitəmiz dostum var, kəlbəcərlidi əslən, Yevlaxdadı, Bakıya gəlmək istəyir işləməyə, icazə versən gəlib burda qalardı. "Gəlsin".
- Nə qədər verəcək?-soruşdu. Sorğuya sorğu anlamı verən cavabı verdim,
-Sən verdiyin qədər.
Axı, özü 5 aydı heç nə vermir,əslində,elə mühit yaradıram ki,unutsun belə şeyləri. Qurban gəldi, gəlişi şərəfinə yeyin-içdik, kövrəldik. Dedi
--Kəlbəcər işğal olunandan sonra adım "Qaçqın" oldu, Bakıya gəldim "Meyvəli"də araba sürdüm-günü 20 manata kirayə araba götürüb onun-bunun aldığı malları daşıdım, düzünə qalsa, hamballıqdı bunun adı, "Arabaçı Qurban" çağırdılar, sonra adımı da çağırmadılar, eləcə "Ey araba" çağrışını intizarla gözlədim.
Kəlbəcər azad olunan gün nəşriyyarda xeyli yeyib-içib evə gələndə də araq aldım, gördüm Qurban da araq alıb məni gözləyir, biri-birimizə sarılıb hönkürdük.
İndi Yevlaxa gedib, arvadı hamilədi.
Kəramət Kəramət
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 30-11-2020 18:28
Baxış sayı: 3435Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























