Reklam
Ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciə...
24-10-2020 21:24
Dalidag.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Santyaqo şəhərindəki Adolfo İbanyez Universitetində çalışan professor, əslən Kəlbəcər rayonundan olan Şəhriyar Nəsirovun qələmə aldığı “Ağdaban faciəsi: həyatımın ən ağır etirafı” sərlövhəli yazıda Ermənistanın 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən bəhs edilib.
Müəllif qeyd edir ki, ailəsi ilə birgə 8 yaşına qədər Azərbaycanda Kəlbəcər rayonunun Ağdaban kəndində yaşayıb. 1992-ci il aprelin 8-də qəsəbəyə hücum edən ermənilər onun öz doğma yurdunu tərk etmək istəməyən 65 yaşlı nənəsini, 34 yaşlı əmisini öldürüb, babasını və bibisini isə əsir götürüblər. Ümumiyyətlə isə, erməni quldurları kənddə 67 nəfəri öldürüb, 130 evi yandırıb və xeyli insanı əsir götürüb. Şəhriyarın və valideynlərinin hadisədən bir neçə gün əvvəl Şəkiyə gəlməsi onların həyatını xilas edib.
Məqalədə azərbaycanlıların öz vətənlərində məcburi köçkünə çevrilməsinin, doğma yurdlarına geri qayıda bilməməsinin ağrılı mövzu olduğu vurğulanıb. “Ailəmi sarsıdan əsl faciədir. Valideynlərim və yaxın qohumlarım özlərini alçaldılmış vəziyyətdə hiss etdiklərindən bu hekayəni heç bir vaxt danışmırdılar...” - deyə Şəhriyar qeyd edib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 24-10-2020 21:24
Baxış sayı: 4491Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar




























