Reklam
"Hər şeydən xəbərim var"- Dilqəm Əsgərov ailəsinə yazdı
05-10-2020 15:27
Dalidag.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, sentyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya üzrə nümayəndələri atasına baş çəkiblər. Onu ərzaqla təmin edib və yazdığı məktubu ailəsinə gətiriblər.
"Həmin məktubda atam müəmmalı məqamlara toxunub. Bildirib ki, hər şeydən xəbəri var, ona görə narahat olmayaq: "Bakı, Yeravan, Rusiya, Goranboy xəbərlərinə qulaq asıram. Hər şeydən xəbərim var. Mənə görə narahat olmayın. Altda qalanın canı çıxsın" .
K. Əsgərov Azərbaycan əsgərlərinin tezliklə atasını azad edəcəyinə inandığını deyib.
"Yaxın zamanlarda şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Kəlbəcərə bayrağımızı sancacağı günü görəcəyik. Ordumuz tarix yazır. Gözəl qələbəmiz münasibəti ilə Ali Baş Komandanı, ordumuzu, xalqımızı təbrik edirəm. Atamın azad ediləcəyi günü gözləyirəm. Əminəm ki, əsgərlərimiz, zabitlərimiz atamın qapısını açacaq”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 05-10-2020 15:27
Baxış sayı: 4340Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar






























