Reklam
İlkə imza atan səhiyyə əlaçısı - Kəlbəcərli professor Sabir Həbibov
26-09-2020 16:40
Tanrı Kəlbəcərimizə xəsislik etmədən bütün gözəllikləri bəxş etmişdir. Əsrarəngiz dağlar, gözəl yaylaqlar, sərin bulaqlar, zəngin meşələr. Qədirbilən insanlar. Və daha nələr, nələr... Digər bir gözəlliyi isə ziyalılarımız, adı dünyanı dolaşan cərrahlarımız, professorlarımız. Bütün bunlar o zamankı peşəkar müəllimlərimizin qələbəsidir desəm yanılmaram.Ölənlərə rəhmət, qalanları Tanrı qorusun. İndi isə Moskavada yaşayan, adı Rusiyanın hüdudlarından kənarda dolaşan bir Kəlbəcərli professorumuzla sizi yenidən qiyabi görüşdürmək istəyirəm əziz oxucular.
Sabir Qaçay oğlu Həbibov 1951 ci ildə Kəlbəcərdə ziyalı ailəsində anadan olmuşdur. Kəlbəcərdə orta məktəbi bitirmiş və 1967 ci ildə N. Nərimanov adına Tibb İnstituna daxil olmuşdur. 1973 cü ildə həmin institun “müalicə-profilaktika” fakultəsini, 1974 cü ildə İnternaturanı bitirmiş və cərrah peşəsinə yeyələnmişdir.
1974-1977 ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Klinik Eksperimental İnstitunda Döş qəfəsi cərrahiyyə şöbəsində cərrah kimi əmək fəaliyyətinə başlamışdır.
1978 ci ildə Moskvada SSRİ Tibb Elimləri Akademiyasının “Ümumiittifaq Elmi Ankoloji Mərkəzinin” aspiranturasına daxil olmuş, 1980 cı ildə aspiranturanı bitirmiş, dissertasiya müdafiə etmiş, elmi dərəcə almışdır.
1983 cü ildən Moskva şəhərinin 79 saylı xəstəxanasında çalışır.
1993 cü ildə bilavasitə onun iştirakı ilə xəstəxana ilk dəfə olaraq endoskopik əməliyyatların daxili orqanların xəstəliklərində istifadəsinə başlanılmışdır.Sonrakı illərdə Sabir Həbibov öz təşəbbüsü ilə ilk dəfə xəstəxana nəzdində endoskopik cərrahiyyə şöbəsi yaratmışdır. Və hal-hazırda da həmin şöbəyə rəhbərlik edir.
2000 ci ildə Sabir Həbibov ilk dəfə Rusiyada varikoz xəstəliyindən endoskopik cərrahiyyə üsulunu tətbiq etmişdir.
2000 ci ildə dissertasiya müdafiə edərək Tibb Elimləri Doktoru Alimlik dərəcəsinə layiq görülmüşdür.
2012 ci ildə ilk dəfə Rusiyada düz bağırsaq ətrafı fistulların müalicəsində endoskopik əməliyyatı tətbiq edərək “İxtiraçı Cərrah” diplomuna layiq görülmüşdür. O yüksək dərəcəli cərrah-Professordur.
Sabir Həbibov 60 dan çox elmi məqalənin, 3 səmərəli təklifin və bir ixtiranın müəllifidir. O Rusiyanın “Cərrahlar və Endoskopik Cərrahlar” cəmiyyətinin üzvüdür.
2005 ci ildə Rusiyanın Tibb Texniki Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Sabir Həbibov dünyada yeganə Azərbaycanlı olaraq 2012 ci ildə müvəffəqiyyətlə Mədəaltı vəzin xərçəngi xəstəliyində orqanın laparaskapik yolla köçürülməsini və mədə-bağırsaq sisteminin rekonstruktiv bərpasını icra etmişdir.
Professor Rusya dövləti tərəfindən bir çox tltiflərə layiq görülmüşdür.
1997 ci ildə Moskvanın 850 illiyi xatirə medalı, 2004 cü ildə Tibb Üzrə Rusiya Dövlət Mükafatı, 2005 ci ildə Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin “Səhiyyə Əlaçısı” döş nişanı, 2005-ci ildə Rusiyanın Tibb Texniki Akademiyasının yüksək mükafatı- "A. Çijevski" qızıl medalına layiq görülmüşdür.
Professorun adı 2007 ci ildə “Moskvanın Məhşur Adamları” və İsveçrədə nəşr olunan “Avropanın Məhşur Adamları” kitabına daxil edilmişdir.
Sabir Həbibov 2008 ci ildə Rusiya Federasıyasının “Əməkdar Həkimi” adına layiq görülmüşdür.
Belə Kəlbəcərlimizlə fəxr etməyə dəyər. Allah qorusun qardaş!
Yusif HÜSEYN, şair-tədqiqatçı
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 26-09-2020 16:40
Baxış sayı: 41 051
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23