Reklam
Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla tələbə oldu
25-09-2020 17:40
“Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər”
Dalidag.az xəbər verir ki, bu sözləri azedu.az-a açıqlamasında Kəlbəcər rayonu 23 nömrəli məktəbin direktoru Həqiqət Şükürova deyib.
Bu il ali məktəblərə qəbul imtahanında məcburi köçkün məktəbinin 56 məzunundan 50-si ali məktəbə qəbul olunub.
Rəhbəri olduğu təhsil müəssisəsi haqqında danışan direktor şagirdlərdən lap əvvəldən belə nəticə gözlədiklərini bildirib:
“Yüksək nəticə göstərəcək şagirdlər lap əvvəldən, ibtidai sinifdən seçilirlər. Onu deyə bilərəm ki, builki məzunlarımızdan ibarət sinif seçilmiş sinif idi. Orada ancaq prinsipial şagirdlər təhsil alırdılar. Aralarında oxumayan şagird demək olar ki, yox idi.
Valideyn şikayəti ya da dərslə bağlı heç bir problemləri olmayıb. Məktəb olaraq bu şagirdlərdən, onsuz da belə nəticə gözləyirdik”.
“Gündəlik demək olar ki, 20 valideynlə danışırdım”
Həqiqət xanım uşaqların uğurlarında məktəb və valideynlərin rolundan da söz açdı:
“Onlar IX sinfə keçəndə məktəbə yeni direktor təyin olunmuşdum. O vaxt çox istəyirdim ki, bu uşaqlardan hər biri IX sinif şəhadətnamə imtahanında yaxşı nəticə göstərsinlər. Bu cür də oldu. Müəllimlərimiz imtahana hazırlıq çərçivəsində şagirdlərə dərsdən sonra əlavə hazırlıqlar keçirdilər. IX sinifdən biz artıq uşaqların məktəbi bitirəndə belə yüksək nəticə göstərəcəklərinin siqnalını alırdıq.
Müəllimlərin əməyi danılmaz olsa da, onların belə bir nəticə göstərməsi isə öz əməklərinin nəticəsidir. Bildiyimiz kimi, pandemiya dövründə, demək olar ki, məktəb və repetitor hazırlığı olmadan belə yüksək nəticə əldə ediblər. Onların evdə də daim dərslərə davam etdiklərindən əmin idik. Nəticə də göz qabağındadır.
Valideynlər də daim müəllimlərlə, mənlə əlaqə saxlayırdılar. Onlar məktəblə ən çox əlaqə saxlayan valideynlər idilər. Mən gündəlik demək olar ki, 20 valideynlə danışırdım. Onlar övladlarının təhsili ilə maraqlanırdılar”.
“Məzunlarımız daha çox, ADA, UNEC və BDU-ya qəbul olunublar”
Direktor, məzunların ən çox qəbul olduqları universitetlər haqqında da məlumat verdi:
“56 məzunumuzdan 50-si ali məktəbə qəbul olunublar. Qalan 6 məzunumuzdan 2-si yüksək temperaturu olduğu üçün imtahana buraxılmadı. Onlar Heç attestatlarını belə almayıblar, təkrar imtahan verəcəklər. 4 məzunumuz isə kolleclərə müraciət ediblər.
Ali məktəbə qəbul olunan məzunlardan, təxminən, 10-u 600-dən yuxarı bal toplayıb. Həmin şagirdlərin 8-i məktəbi qırmızı attestatla bitiriblər. Onların arasında fənn olimpiadalarında məktəbimizin üzünü ağ edənlər də var. Bu ilki yüksək ballı məzunlarımız daha çox, ADA, UNEC və BDU-ya qəbul olunublar.
Ən yüksək bal toplayan məzun tanınmış müğənni Vasif Məhərrəmlinin qızı Nigar Məhərrəmlidir. 670 balla ADA universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olunub”.
“Bütün bu sarsıntılara baxmayaraq o, imtahanda 614 bal topladı”
Söhbət əsnasında Həqiqət xanım məzunların yaşadıqları maddi mənəvi çətinliklərə də toxundu:
“Yüksək bal toplayan məzunların arasında maddi və ailəsi ilə bağlı problem yaşayanlar da var.
Elə məzun var ki, heç kəsin ondan gözləmədiyi nəticəni göstərmişdi. Belə ki, həmin oğlanın atası imtahandan 10 gün əvvəl intaha etmişdi. Bütün bu sarsıntılara baxmayaraq o, imtahanda 614 bal topladı.
Daha sonra eyni sinifdə oxuyan bacı-qardaş da vardı ki, maddi cəhətdən çətinlik çəksələrdə imtahanda 590 və 580 bal toplamışdılar. Evdə onlardan kiçik də 2 azyaşlı bacı qardaşları davardı. Bütün ailə 1 otaqlı evdə kirayə yaşayırlar. Onlar doğru-düzgün heç hazırlığa belə getməmişdilər. Bütün bunlara baxmayaraq, respublika fənn olimpiadalarında da daim məktəbimizin üzünü ağ edirdilər”.
“Gələn ilki məzunlarımızdan da yüksək nəticə gözləyirik”
Sonda, Həqiqət Şükürova məktəbin bundan sonra da yüksək nəticə göstərəcəyinin xəbərunu verdi:
“Gələn ilki məzunlarımızdan da bu ilkilər qədər olmasa da yüksək nəticə gözləyirik. Bir də belə nəticəni 2021-2022-ci ilin ildə məzun olacaq şagirdlərimizdən gözləyirik. Onlar hazırda X sinifdə oxuyurlar.”
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 25-09-2020 17:40
Baxış sayı: 4520
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23