Kəlbəcərli müharibə əlilinin səsinə səs verən yoxdu...
Qarabağ, ümumilikdə işğal olunmuş yurd yerlərinin azadlığı uğrunda düşünmədən canlarını fəda edən, sağlamlığını itirən igid oğulların-qazilərin hansısa sosial problemlə üzləşməsi və bu problemlərin aidiyyəti qurumlar tərəfindən biganə qarşılanması utancverici və qəbuledilməzdir. Nə yazıq ki, günümüzdə bu cür hallarla tez-tez rastlaşırıq.
Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan Qarabağ qazisi Elşad Ələstan oğlu İbrahimov da cəbhədə sağlamlığını itirib, I qrup Qarabağ əlilidir. Goranboy rayonu Yeni Veyisli qəsəbəsində məskunlaşmış qazi əlil arabasına məhkumdur. Bu azmış kimi onun araba ilə küçəyə çıxmaq imkanı yoxdu. Belə ki, Elşadın evi ilə əsas yol arasındakı məsafə əlverişsiz (asfalt örtüksüz) olduğundan arabanın hərəkət etməsinə çətinlik törədir və təhlükəlidir. Təxminən 150-200 km-lik yolun asfaltlanması üçün aidiyyəti qurumlara müraciət olunsa da qazinin səsinə səs verən olmayıb.
Ətraflı təqdim etdiyimiz videoda: