Reklam
Azər Qocayev yüksək nəticə göstərən məzunlarla onlayn görüş keçirib- ŞƏKİLLƏR
14-09-2020 19:16
Kəlbəcər rayon İcra Hakimiyyətini başçısı Azər Qocayev yüksək nəticə göstərmiş məzunlarla video konfrans formatında görüş keçirib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq rayon ümumtəhsil məktəblərindən bu il ali məktəblərə yüksək bal toplamış məzunlarla video konfrans formatında görüş olub. Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tələbə adını qazanan bütün məzunları və onların valideyinlərini təbrik edərək bildirib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada dahi Ulu öndər Heydər Əliyevin əməyi və zəhməti olmasın, bütün sahələr kimi təhsil sahəsi də, Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi xəttin bir hissəsini təşkil edir. Ulu öndər Heydər Əliyev hər zaman təhsilə yüksək önəm vermiş və demişdir ki, “Təhsil millətin gələcəyidir”.Millətimizin gələcəyinin təməli və təminatçısı olan təhsilimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində uğurla inkişaf edərək yeni mərhələyə qədəm qoyub.Ölkəmizdə yeni-yeni məktəblər tikilir, sagirdlərin yüksək səviyyədə təhsil almaları üçün bütün infrasturuktur lahiyələr icra olunur.Ölkə təhsilinə dövlət başçısı tərəfindən göstərilən diqqət Kəlbəcər rayonunda da, hiss olunmaqdadır. Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyası hökm sürməsinə baxmayaraq 2019/2020-ci tədris ilində rayonumuzda uğurlu nəticələr əldə olmuşdur, beləki rayonun ümumtəhsil məktəblərindən 443 nəfər məzun tələbə adını qazanıb ki, onlardan 340 nəfəri 500 bala qədər, 75 nəfəri 500 baldan 600 bala qədər, 28 nəfər isə 600 baldan yuxarı nəticə əldə edib.
A.Qocayev məzunları bir daha təbrik edərək bildirmişdir ki, gənclərimiz ali təhsil alaraq, savadlı, bilikli, bacarıqlı, gənc kadr kimi Müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə yorulmadan çalışmalı, Azərbaycanımızın qüdrətlənməsi üçün görülən işlərdə öz layiqli tövhələrini verməklə dövlət və dövlətçiliyə sədaqətli olmalıdırlar.
Məzunlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 14-09-2020 19:16
Baxış sayı: 4414
Yazı axını
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
Ən çox oxunanlar