Reklam
Azər Qocayev məktəb direktorları və MQTM-nin müdirləri ilə videokonfrans keçirib- ŞƏKİL
07-09-2020 19:09

Yeni tədris ilinin başlaması ilə əlaqədar Kəlbəcər rayonunun ümumtəhsil məktəb direktorları və uşaq baxçalarının müdirləri ilə video konfrans keçirildi.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yeni növ koronavirus (COVID-19) infeksiyasının hökm sürdüyü bir vaxtda yeni tədris ilinin başlanılması ilə bağlı rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları və 5 məktəbəqədər təhsil müəssisəsinin müdirləri ilə video konfrans keçirtdi. Video konfransada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsilinə olan xüsusi diqqət və qayğısından söz açaraq, dövlət başçısı cənab İlham Əliyevin təhsil sahəsində apardığı uğurlu islahatlar haqqında bəhs etdi.
Konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ölkəmizdəki mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli, 312 nömrəli Qərarından irəli gələn müddəların həyata keçirilməsi və bu qərarın 5.1, 5.2, 5.3-cü bəndlərinə əsasən rayonun ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisəsində tibbi-profilaktik, dezinfeksiya edici və digər qabaqlayıcı tədbirlərin mütamadi davam etdirilməsi, təhsil müəssisələrinə buraxılış rejimini sanitar-epidoloji tədbirlər nəzərə alınmaqla təşkilini təmin edilməsi, ümumtəhsil məktəblərində təhsil alanların sıxlığının yüksək olduğu siniflərin qruplara və ya yarımqruplara bölünməsi, yaş qrupları üzrə dərs və dərsdənkənar məşgələlərdə növbəlik rejimin tətbiqi, sinif otaqlarında sosial məsafənin gözlənilməsi və digər tələblərin yerinə yetirilməsinin vacibliyini bir daha məktəb direktorlarının diqqətinə çatdırmışdır.
Video konfransada korrupsiyaya qarşı ölkəmizdə aparılan mübarizəyə hər bir vətəndaşın dəstək verməli olduğunu bildirərək Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qeyd etmişdir ki, rayonun bütün ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində şəffalıq təmin edilməli, neqativ hallara yol verilməməlidir.
Yaxın zamanlarda yeni tədris ilinin başlanacağını vurğulayan A.Qocayev tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulamışdır.
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 07-09-2020 19:09
Baxış sayı: 3533Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















