Reklam
Gəncədə kəlbəcərli məcburi köçkünlərin su problemi aradan qaldırıldı- ŞƏKİLLƏR
24-08-2020 21:10

Gəncə şəhəri Kəpəz rayonunda yerləşən Asfalt zavodun köhnə binasında müvəqqəti məskunlaşan 17 kəlbəcərli məcburi köçkün ailəsi içməli su problem ilə əlaqədar rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciət əsasında rayon başçısı dərhal mövcud problemin aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıq vermiş və həmin əraziyə 500 m məsafədən 32-lik boru vasitəsi ilə içməli su xətti cəkilərək məcburi köçkünlərin istifadəsinə verilmişdir.
Dalidag.az-ın məlumatına görə, işlərin gedişi ilə maraqlanan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev adı çəkilən ərazidə məskunlaşmış məcburi köçkünlərlə görüşərək bildirmişdir ki, Möhtərəm Cənab Prezident çıxışlarında hər bir məmura xalqın xidmətçisi olmasını və onları narahat edən problemlərin həllinə çalışmalı olduqlarını vurğulamışdır. Rayon başçısı onu da qeyd etmişdir ki, Cənab Prezidentin səsləndirdiyi “Xalq sizin işinizdən razıdırsa məndə sizdən razı olacam” fikrinə əsaslanaraq, bundan sonrada çalışacağıq ki, rayon əhalisinin yanında olub onları narahat edən problemlərin həllinə birgə çalışaq.
Məcburi köçkünlərdə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 24-08-2020 21:10
Baxış sayı: 4583Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























