Reklam
"Əhəd müəllim kimi müəllimlərdən dərs almaq böyük xoşbəxtlikdi"
03-08-2020 17:13
Dünyada nəcib, gözəl peşələr çoxdur. Ancaq bütün peşələrin önündə müəllimlik peşəsi durur. Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. Məhz müəllimlər insanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin, missiyanın öhdəsindən gəlməklə cəmiyyət üçün şəxsiyyətlər yetişdirir. Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Necə ki islam dünyasının parlaq siması həzrəti Əli deyib:"Mənə bir hərf öyrədənin köləsi olaram" Aşağıda təqdim etdiyimiz yazı da bir şagirdin müəlliminə olan sevgisinin və minnətdarlıq borcunun ifadəsidir:"Tanımayan dostlar üçün kicik xatırlatma: Bu, mənim orta məktəbdəki (Kəlbəcər rayonu Başlıbel kəndi-red.) dil-ədəbiyyat müəllimim Əhəd Məmmədov və onun həyat yoldaşı Həqiqət xanımdır. Düz, 51 ildir ki, bir yerdədirlər. Bu gün evlənib 6 ay keçməmiş boşanan gənclərimiz elə bilməsinlər ki, bu illər hamar olub onlar üçün. 5 övlad böyüdüblər, köçkünlüyün, yurd itkisinin acılarını görüblər, ancaq heç zaman sınmayıblar. Sevgi ilə bir birə baxan gözlərin isığı öləziməyib. Əhəd müəllim kimi müəllimlərdən dərs almaq böyük xoşbəxtlikdi. Şanslı adamam ki, orta məktəbdə də, universitetdə də gözəl müəllimlərim olub, həyatımızda dərin iz buraxan nur sahibləri. Aradan bu qədər illər keçib, hələ də Əhəd müəllimin Füzulinin, Nəsiminin qəzəllərini necə şovqlə bizə izah etməsini xatırlayıram, hələ də "Məni candan usandırdı" sehrindən çıxmamışam. Ədəbiyyatımıza, dilimizə olan sonsuz sevgiyə görə əziz müəllimimə borcluyam Allah ona sağlamlıq versin, hər zaman övladları, gəlinləri qulluqlarında dursun. Əhəd müəllim həm də nümunəvi ailə başçısıdı. Bu xoş günündə ona keçmiş şagirdləri adından ən səmimi arzularımı bildirirəm".
Xədicə Əzimova
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 03-08-2020 17:13
Baxış sayı: 21 128Yazı axını
04 / 12 / 2025
04 / 12 / 2025
03 / 12 / 2025
03 / 12 / 2025
02 / 12 / 2025
01 / 12 / 2025
30 / 11 / 2025
30 / 11 / 2025
29 / 11 / 2025
28 / 11 / 2025
28 / 11 / 2025
28 / 11 / 2025
26 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
25 / 11 / 2025
24 / 11 / 2025
22 / 11 / 2025
20 / 11 / 2025
20 / 11 / 2025
19 / 11 / 2025
Ən çox oxunanlar




.jpg)























