Reklam
Azər Qocayev Kəlbəcərdən olan şəhid ailələri ilə görüşdü- ŞƏKİL
17-06-2020 20:31
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Kəlbəcər rayonundan olan şəhid ailələrinin üzvləri ilə görüşüb.Dalidag.az-ın məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 1994-cü ildə Ağdam rayon Mirəşelli kəndində şəhid olmuş, Kəlbəcər rayonundan olan, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Musayev Zahid Daşqın oğlunun, 1993-cü ildə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Rəhimov Zülfü Rəhim oğlu və Rəhimov İlham Zülfü oğlunun ailə üzvləri ilə görüşdü. Görüşdə İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirdi. “Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Görüşün sonunda şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 17-06-2020 20:31
Baxış sayı: 3853Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























