Reklam
Kəlbəcərin "antik" Təcili Tibbi Yardım maşınları ilə analoqu olmayan səhiyyə arasında təzad
07-06-2020 13:19
Bu şəkillərə və qeydlərə sosial şəbəkədə rast gələndə yazılanların doğru olduğuna şübhə etdik. Dalidag.az-ın kiçik araşdırması bu acınacaqlı vəziyyətin doğru olduğunu üzə çıxardı. İlahi, ilin-günün bu vaxtı, səhiyyənin "raketlerlə göydə uçduğu" zaman, analoqu olmayan bu sistemin indiki dövründə bu nə biabırçılıqdı. 50 il bundan qabaq "ölən" bu "daranqletlər" hansı üzlə xəstə qapısına sürülür? Bunda aparılan xəstənin sağalması, təcili xəstəxanaya çatdırılması necə mümkün olar. Yoxsa köçkün rayon olduğu üçün gözdən-könüldən uzaq düşüb....yox, bunun heç də məsələyə dəxli yoxdu. Dəxli odur ki, bu məsələyə sabiq rayon rəhbərliyi "vaxt tapmaylb", ya da heç lazım bilməyib. Rayon xəstəxanasının baş həkimi isə heç görməyjb. Ya da müasir tibbi maşın adı altında bu bədbəxtlər ölənəcən minilib çapılıb. Təzələr kağız üzərində gəlib-gedib...
Əslən Kəlbəcərdən olan vəkil Əziz Qənbərov bu acınacaqlı mənzərəni ictimailəşdirərək, məsələ ilə bağlı çağırış edib:
"Bu nəqliyyat vasitəsi Kəlbəcər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım maşınıdır. Bu nəqliyyat vasitəsi ilə istinin bu günündə KORONOLU Kəlbəcərli xəstələr Qazağa aparılır. Digər xəstəxanalar bu nəqliyyat vasitəsini görəndə Kəlbəcər xəstəxanasının işçilərini lağa qoyurlar"- deyə vəkil Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısına səslənib:"Burada əsas günah Səhiyyə Nazirliyinin olsa da Kəlbəcərin rəhbəri kimi sizin və sələflərinizin, baş həkimlərin də günahıdı! Siz bu məsələ barəsində Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırsanız hesab edirəm ki, öz müsbət həllini tapar".
İnanırıq ki, rayon rəhbərliyi səviyyəsində bu məsələnin həllinə çalışılacaq və aidiyyatı təşkilatlar problemi aradan qaldıracaq. Bu həssas məqamda, dünyanın bu bəlayla mübarizə apardığı, insanların sağlamlığı önə çəkilən bir vaxtda belə yanlışlığa və səhlənkarlığa yol vermək olmaz...
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 07-06-2020 13:19
Baxış sayı: 41 653Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















