Reklam
Kəlbəcərin şəhid oğlu Şahlar Şükürov- Onsuz keçən doğum günü
17-05-2020 10:58
Kəlbəcər təkcə söz adamları, ziyalıları ilə tanınmır. Kəlbəcər həm də qəhrəman, vətən üçün canından keçən iigid oğulların yurdudur. Şəhid olan, canını torpağına fəda edən neçə-neçə fəxrlə yad edilən oğulları var Kəlbəcərin. Bu gün şəhidlik zirvəsinə ucalan o oğullardan birinin- Şahlar Şükürovun doğum günüdü.Dalidag.az qəhrəman şəhidimizi hörmət və ehtiramla anır.Ruhu şad olsun!
Şahlar Əvəz oğlu Şükürov 17 may 1952-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.
Davamlı döyüşlərdə iştirak edən Ş. Şükürov 1990-cı il iyul ayının 11-də Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 17-05-2020 10:58
Baxış sayı: 41 397Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















