Reklam
"Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim"-Dilqəm Əsgərovun öğlundan səfirə müraciət
01-05-2020 21:19
Artıq altı ildir erməni girovluğunda olan kəlbəcərli Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.Dalidag.az xəbər verir ki, K. Əsgərov müraciətində bildirib:
“Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. Necə olur, sən səfirliyin pulu ilə erməniyə bilet alıb Bakıya gətizdirərək anasının qəbrini ziyarət etdirirsən, ermənidən qabaq anasının qəbri tapılaraq təmizlənib üzərinə güllər qoyulur, erməninin Bakıda restoranda 3 ofisiant qulluğunda durur, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girov götürülərək vəhşicəsinə işgəncələrə məruz qalır.
Ömürlük həbs verilir. Budurmu, insanlıq, humanizm?”.
Qeyd edək ki, Dilqəm Əsgərov və həmkəndlisi Şahbaz Quliyev 2014-cü il iyul ayının 11-də yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 01-05-2020 21:19
Baxış sayı: 42 148Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























