Reklam

“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər –Ceyhun Mirzəyevdən maraqlı faktlar
05-03-2020 17:16

Dalidag.az kulis.az-a istinadən rejissor haqqında maraqlı faktları təqdim edir:
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Atası Cəmil kişinin ikinci evliliyindən dünyaya gəlib. Onun üç yaşı olanda atası dünyasını dəyişib. Rejissor Tofiq Tağızadə “Görüş” filmi üçün uşaq axtaranda Ceyhungilin məktəbinə gəlir və Ceyhun onun gözündən yayınmır. 9 yaşlı Ceyhun 1955-ci ildə ilk dəfə “Görüş” filmində Şıxəlinin uşaqlarından birini canlandırır. Üç il sonra isə ona böyük şöhrət gətirən “Ögey ana” filmində İsmayıl roluna çəkilir.

***
Ceyhun atasının ikinci evliliyindən dünyaya gəlib. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmadığı üçün hamı ona həyat yoldaşını boşamağı desə də, atası buna razı olmur. 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmır. Həyat yoldaşı dünyasını dəyişəndən sonra ikinci dəfə gürcü əsilli Marqarita adlı qadınla evlənib.

***
Ceyhun Mirzəyev bədii rəhbəri olduğu “Mozalan” satirik jurnalı üçün də sujetlər yazıb. Onun güclü parodiya qabiliyyəti də olub. Mozalanın başlığında olan arı vızıltısı səsi də aktyora məxsusdur.

***
Ceyhun Mirzəyev 18 yaşında Moskvaya gedəndə gələcək həyat yoldaşı Lidiya ilə tanış olur onu rəfiqələri ilə birgə restorana dəvət edir. Bakıya qayıdandan sonra Lidiyaya zəng vurub onu görüşə çağırsa da, Lidiya razı olmur. 8 ildən sonra Ceyhun onu yenidən tapır. Hər gün Lidiyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı sala bilir. Onlar 1973-cü ildə ailə qururlar və Cəmalə adlı bir qızları dünyaya gəlir.



***
Ceyhun Mirzəyev filmin hazır olub ekranlara çıxmasını həsrətlə gözləyir, amma “Fəryad” filminin çəkilişlərindən sonra o, mikroinsult keçirir. İki həftəlik müalicədən sonra yenidən filmin işlərini davam etdirməyə başlayır.
1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev telestudiyaya gedir. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Yalnız əli ürəyinin üstündə olub. Xanımı danışır ki, ürəyində güclü ağrı vardı: “Tez uzandırdıq, təcili yardım çağırdıq. Əsirdi, titrəyirdi deyə ayağını isti suya qoydum. Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...”

Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
