Reklam
Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq uğur qazanıb
07-10-2019 15:19

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İranda keçirilən “International Moving Film Festival”da iştirak edib.
12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. “Stalinin qaranlıq kecmişi” sənədli filmi festifalın yarıfmfinalçı sertifikatına layiq görülüb.
Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:
“Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə - Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnib...
O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. Stalin Bakı qoçularının ətrafında birləşərək, neftxudalardan böyük miqdarda pullar toplayıb.
Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub”.
Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Eldost Bayram oxuyub.
Dalidag.az



Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 07-10-2019 15:19
Baxış sayı: 3532Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar










.jpg)

















