Reklam

Muğam Mərkəzində şair Məmməd İlqarın 70 illik yubileyi keçiriləcək-ŞƏKİL
17-02-2020 21:07

Şairin bədii-musiqili yaradıcılıq gecəsində ömür yoluna nəzər salınacaq, əsərlərindən poetik nümunələr səsləndiriləcək. Qeyd edək ki, Məmməd İlqar 1950-ci ildə Qazax mahalının Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat camesinin bir çox tanınmış imzalarıyla tanış olur və ara-sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmağa başlayır. 1991-ci ildə “Məni baxtıma tapşırma” adli ilk şeirlər kitabı işıq üzü görür. Onun yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.
Dalidag.az




Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
