Reklam

Dədə Şəmşirin anım tədbiri keçirildi- ŞƏKİLLƏR
12-02-2020 10:23

Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvləri, Kəlbəcər rayon 14 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Mərasimdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov ustad sənətkarın ədəbiyyatımızda və aşıq sənətimizdəki mövqeyindən bəhs edib. O, bildirib ki, 2018-ci ildə Dədə Şəmşirin 125 illik yubileyi ölkə miqyasında qeyd edilib, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Ulu öndərimiz Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.
Tədbirdə iştirak edən məktəblilər Memorial Muzeydə ustad sənətkara aid eksponatlarla tanış olub, onun şeirlərindən nümunələr səsləndiriblər. Mərasimdə o da qeyd edilib ki, görkəmli sənətkar 40 il bundan öncə 87 yaşında vəfat etmiş, özünün vəsiyyətinə əsasən doğma Ağdaban kəndindəki “Yeddi qardaş dağı” deyilən yerdə dəfn edilmişdir. Təəssüf ki, bu gün görkəmli sənətkarın məzarı doğma Kəlbəcərdə erməni girovluğundadır. Erməni vandalları onun məzarını dağıtmaqla yanaşı Dədə Şəmşirin və atası Ağdabanlı Şair Qurbanın külliyatını da yandırmışlar. Eyni zamanda mərasim iştirakçıları əminliklərini bildiriblər ki, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş bütün torpalarımız kimi Dədə Şəmşirin yurdu Kəlbəcər, Ağdaban düşmən tapdağından azad ediləcək və Dədə Şəmşirin növbəti anım günləri və eləcə də yubileyləri böyük sənətkarın doğma yurunda qeyd olunacaq.
Onu da qeyd edək ki, bu gün ustad sənətkarın anım günü münasibətilə Kəlbəcər rayon mədəniyyət şöbəsi və Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə də tədbir keçirilib, Dədə Şəmşirin Göygöl rayonunda ucaldılmış büstü ziyarət olunub, ziyarətçilər tərəfindən sənətkarın ruhuna dualar oxunub.

Dalidag.az

Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar