Reklam
Kəlbəcərli alimə hökm oxundu
13-03-2025 19:51
Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Dalidag.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Fazil Qasımov 9 il, Anar Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Fazil Qasımov və Anar Məmmədli Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər.
İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.
Qeyd edək ki, həbsə qədər İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.
Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
1985-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olan Fazil Qasımov 700 balla ali məktəbə qəbul olub. Bir neçə universitetin məzunudur. 5 dil bilir.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 13-03-2025 19:51
Baxış sayı: 31 050Yazı axını
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























