Reklam
"Göylərdə də hər şey yaxşı deyilmiş" - Elşən Əzim (şeir)
28-12-2024 21:21

Təyyarə qəzası zamanı “hər şey yaxşı olacaq, kəmərləri bağlayın” deyib sərnişinləri sakitləşdirməyə çalışan, öz işini son nəfəsinədək ləyaqətlə, yüksək peşəkarlıqla icra edən Hökümə Əliyevanın və bütün həlak olanların xatirəsinə. "Göylərdə də hər şey yaxşı deyilmiş" - Elşən Əzim (şeir)
Hər əməlin pərdəlidir bir üzü,
Hər kəmərin ucu sehrə düyülmüş.
Pis işlərə vətən idi yer üzü,
Göylərdə də hər şey yaxşı deyilmiş.
Xeyir hələ qoynundadır gümanın,
Hər əməlin önü şərə bağlıdır.
Bəlkə açaq kəmərini dünyanın?
İndi hərə bir kəmərə bağlıdır.
Daş götürən göy üzünə daş atır,
Göy üzünün yağır daşı bir qucaq.
Sən ki haqqa yürümüsən, bilərsən,
Söylə nə vaxt, hər şey yaxşı olacaq?
Elşən Əzim
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 28-12-2024 21:21
Baxış sayı: 3596Yazı axını
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
Ən çox oxunanlar





























