Reklam
Kəlbəcərlilər Zəfər Gününü qeyd edib -FOTO
08-11-2024 21:59
Kəlbəcər ictimaiyyəti Zəfər Gününü qeyd edib.Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak edib.
Bayram tədbirində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Zəfər günündən bəhs edən videoçarxa baxış keçirilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildiriblər ki, Şanlı tariximiz olan Zəfər Gününün ölkəmizin hər bir şəhərində,qəsəbəsində,kəndində böyük çoşqu,təntənə ilə sevinclə əsl bayram kimi qeyd olunur.Eyni zamanda vurğulanıb Müzəffər Ali Baş Komandanın, dövlətimizin başçısı cənab İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu daxili və xarici siyasətin, yaratmış olduğu xalq-iqtidar-ordu bilrliyinin nəticəsi olaraq tarixi Zəfər qazanılmış və xalqımıza Zəfər Gününü qeyd etmək qismət olmuşdur.
Müzəffər Ali Baş Komandanın şəhid ailələrinə və qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açan natiqlər bildirmişdirlər ki, bu gündə hər zaman olduğu kimi bütün şəhid ailələri, qazilər veteranlar və xalqımız qüdrətli sərkərdəmizin yanındadır, onun “Dəmir yumruğ”u ətrafında birləşməyə hazırdırlar.Vurğulanıb ki, bu il Zəfər paradının Xankəndində keçirilməsi isə Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına bəxş etdiyin ən gözəl xoşbəxtlikdir.
Daha sonra Kəlbəcər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Zöhrab Camalov Vətən müharibəsi zamanı və sonrakı dövlərdə rayonun ictimai-siyasi həyatında fərqləndiyinə görə Kəlbəcər rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif edilib.Tədbir bədii hissə ilə davam edib.Tanınmış müəğnnilərin, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin "Zəfər" gününə həsr olunan bayram konsertində ifa etdikləri vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Dalidag.az





























Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 08-11-2024 21:59
Baxış sayı: 3313Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























