Reklam
Kəlbəcərdən deputat seçilən Mircəlil Qasımov vəzifəsindən azad edildi - SƏBƏB
11-10-2024 19:57
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində ilk dəfə deputat seçilən Mircəlil Qasımov "Bakı Məişət Maşınları" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.Dalidag.az modern.az-a istinadla xəbər verir ki, o, deputat mandatı qazandıqdan sonra ASC-dəki işindən ayrılıb.
Qeyd edək ki, "Bakı Məişət Maşınları" ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. "Bakı Məişət Maşınları" Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qaibov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Cəmiyyətin nizamnamə kapitalı isə 4527748 manatdır. ASC universal məişət maşınlarının istehsalı və satışı ilə məşğuldur.
Məlumata görə, "Bakı Məişət Maşınları" ASC-nin sədri vəzifəsinə Məhərrəməli Pənahov gətirilib. O, "Ceyranbatan Polimer Materialları" ASC-nin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, 1992-ci ildə anadan olan Mircəlil Qasımlı Milli Məclisin ən gənc deputatıdır. O, Bakı şəhərində anadan olsa da, əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. Deputat parlamentdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 11-10-2024 19:57
Baxış sayı: 3623Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























