Təqaüdçü başlıbelli müəllimlər təltif olundu - ŞƏKİLLƏR

05-10-2024 17:54

WhatsApp Image 2024-10-05 at 12.42.43“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi Kəlbəcər rayonunun Başlıbel kəndinin ziyalılarının yetişməsində xidmətlərinə və 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təqaüdə çıxmış yaşı 65-dən yuxarı başlıbelli müəllimləri “Təşəkkürnamə” və hədiyyə ilə təltif edib.

Dalidag.az bashlibel.az-a istinadla xəbər verir ki, oktyabrın 4-də Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının inzibati binasında İctimai Birlik təltiflərin təqdim edilməsi tədbiri keçirib. Tədbirdə Birliyin İdarə Heyətinin üzvləri, rəhbərliyinə daxil olan şəxslər, 123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisin deputatı Mircəlil Qasımlı, müəllimlər, iştirak ediblər. Birliyin sədri Vüqar Həşimov 13 müəllimin təltif edildiyi barədə məlumat verib və bütün müəllimləri təbrik edib. Əhəd Məmmədov, Nəsib Həmidov, Əkbər Sarıyev, Xavər Sarıyeva, Hüseyn Şahbəndəyev, Heydər Salahov, Əhliman Mirzəyev, Kamil Qədimov, Zərnişan Mirzəyeva, Ənvər Salahov, Zahid Səmədov, Sabir Mirzəyev və Əli Cəfərovun İctimai Birlik tərəfindən təltif edildiyi barədə məlumat verilib. Dünyasını dəyşmiş Başlıbelli müəllimlərin xatirələri yad edilib.
Millət vəkili Mircəlil Qasımlı müəllimləri təbrik edib, onlara can sağılığı arzulayıb.
Təltif olunan müəllimlərdən Hüseyn Şahbəndəyev, Əkbər Sarıyev, Əhliman Mirzəyev, Zərnişan Mirzəyeva, Xavər Sarıyeva, Ənvər Salahov çıxış edərək Başlıbel kəndində həmişə təhsilə xüsusi diqqət göstərildiyi, kəndin orta məktəbində dərs demiş müəllimlərin yüksək peşəkarlığından söz açıblar. Başlıbel kəndində 11 illik orta məktəbin açılmasında Başlıbelin yetirməsi olan və filologiya üzrə ilk elmlər doktoru professor elmi dərəcəsinə yüksəlmiş Əli Mirzəyevin xidmətləri barədə xatirələr səslənib. Müəllimlər “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin təltifini yüksək qiymətləndiriblər.
Digər çıxış edənlər də Başlıbel kənd orta məktəbinin müəllimlərinin sayəsində bu kəndin ölkəmizə bütün sahələr üzrə savadlı mütəxəssislər bəxş etdiyindən danışıblar. Başlıbel kənd orta məktəbində müəllimlik etmiş dünyasını dəyişən şəxslərin və dünyasnı dəyşimiş alimlərin adları (Əli Mirəzəyev, Hacı Mirzəyev, şəhid Qənaət, Ağamirov, Hilal Qədimov, Məhəmməd Şahbəndəyev, Musa Əzizov, Məhiyyədin Əsədov, Soltan müəllim, Cəlil Qasımov, Qoca Muxtarov, Ağa Məmmədov, İsgəndər müəllim, Sona Əliyeva, Gülçöhrə Məmmədova, Əminə Mirzəyeva, Hüseyn Ələsgərov, Məhəmməd Cəfərov, Əli Mirzəyev, Əbdüləli Məmmədov, Mamed Əzimov, Vaqif Həmidov, Şükür Həşimov, Sabir Məmmədov, Qüdrət Məmmədov, Həsən Mirzəyev, İbrahim Mirzəyev, Fərman Əşrəfov, Saleh Mirzəyev, Bəşir İbrahimov) ehtiramla qeyd olunub. Hal-hazırda fəaliyyət göstərən çoxsaylı müəllimlərin isə ünvanına təbriklər və uğurlar ifadə edilib.
Qeyd edək ki, qocaman müəllim Sabir Mirzəyevə təltif evində təqdim olunub.
    

 







Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 05-10-2024 17:54
Baxış sayı: 2132
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını