Kəlbəcərli şəhid Daşqın Şəfiyevin doğum günüdü - "Söz verib gedən oğlan" (ŞEİR)

22-08-2024 14:37



             
44 günlük Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin doğum günüdür.
Dalidag.az xatırladır ki, Daşqın Hidayət oğlu Şəfiyev  22 avqust 1989-cu ildə anadan olub. 
O, 27 sentyabr 2020-ci il tarixdə başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidliklə vuruşub.. Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib. 
Ölkə rəhbərinin  15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və  "Qubadlının azad olunmasına görə" medalları ilə, 05 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Böyük ehtiram və sayğıyla şəhidimizi anırıq. Ruhu şad olsun. Şair Namiq Dəlidağlının şəhid Daşqın Şəfiyevə ithaf etdiyi şeiri təqdim edirik:

"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar,  məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, axtarıb-tapıb səni mən özüm alacam. Narahat olma", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə.

SÖZ VERİB GEDƏN OĞLAN

Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, nəfəsi,
varlığı-Vətən oğlan!

Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!

-Onu alacam- dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!

O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...

Dalidag.az





Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 22-08-2024 14:37
Baxış sayı: 3279
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
01 / 12 / 2024