Reklam
Kəlbəcərli Alı Museyib oğlunun 96 yaşı tamam oldu -ŞƏKİL
13-03-2024 19:08
Çox təəssüf ki, nadan düşmənin işğalından sonra yurd-yuvasından didərgin düşən uzunömürlülərin də sırası seyrəldi. Ancaq kökü münbit torpaqdan mayalanan uzun ömürlü insanlarımız yenə də var. Alı baba da həmin adamlardandı. Bu gün Kəlbəcərin Şahkərəm kındində doğulub-boya başa çatan, sonradan taleyini Bərdə rayonuna bağlayan Alı Museyib oğlu Abbasovun 96 yaşı tamam olur.
Qeyd edək ki, Alı Museyib oğlu Abbasov 13 mart 1928- ci ildə Kəlbəcər rayonunun Şahkərəm kəndində anadan olub. Ən yaxın sirdaşı-həyat yoldaşı Qumru Bahadır qızı Abbasova da Şahkərəm kəndində dünyaya gəlib, hazırda mrünün 88-cı baharını yaşayır.
A. Abbasov zəhmətkeş ailə başçısı olub. Ömrü boyu qoyunçuluqla məşğul olub, uzun müddət qoyunçuluq fermasının müdiri işləyib. İşğala qədər fermaları həmişə Kəlbəcər yaylaqlarında olub.
Hal-hazırda Bərdə rayonunun Nəcəfqulubəyli kəndində yaşayır. Kənd həyatının çətinliklərinə, qayğı və problemlərinə baxmayaraq övladlarını layiqincə böyüdüb, tərbiyə edid, təhsil verib. Bu gün həyat yoldaşı, ata, baba, vətəndaş kimi üzüağ, alnıaçıqdır. Həyat yoldaşı Qumru xanımla gənc nəsilə örnək olan bir ömür yaşayıb Alı kişi.
P.S. Dalidag.az saytının əmədaşları, "Çovdar və Şahkərəm" Cəmiyyətinin üzvləri Alı Museyib oğlu Abbasovu 96 yaşı tamam olması münasibətilə təbrik edir, 100 yaşını doğulduğu Kəlbəcərdə - Şahkərəm kəndində keçirməyi arzulayırlar!
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 13-03-2024 19:08
Baxış sayı: 2585Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar






























