Reklam
Məhəmməd Nərimanoğlu - Gənclərimizin öyrənməli olduğu canlı tarix...
18-02-2024 20:18
Məhəmməd Nərimanoglu
Geniş təqdimata, tanıtıma ehtiyacı olmayan, ürəyi, qəlbi Kəlbəcərlə, Azərbaycanımızla döyünən dəyərli ziyalımız Məhəmməd Nərimanoglunun bu gün dünyaya gəldiyi mübarək gündür.
Elimizin dəyərli ziyalısını bu xoş günündə təbrik etməyi özümə mənəvi borc bilirəm. Ona görə ki, belə dəyərlilərimizdən görüb- götürəcəyimiz, öyrənəcəyimiz çox, lap çox nəsnələr var. Gənclərimizin örnək götürməli, öyrənməli olduğu canlı tarixdir Məhəmməd Nərimanoğlu. Otuz illik Kəlbəcər ağrısını, acısını öz ürəyində Bakıda yaşatdı. Yazıları ilə, qələmi ilə təbliğ etdi. Bu gün də etməkdədir. Saysız- hesabsız kitablar, yazılar müəllifi olan Məhəmməd müəllim üçün boşuna demirəm ki, canlı tarixdir. Kəlbəcər ağrı-acısını qələmi ilə tarixin yaddaşına yazmağı bacaran qələm sahibi Qarabağın qan yaddaşına çox töhfələr verib. Şəhid və itkinlərimiz, qazi və veteran döyüşçülərimiz haqqında neçə-neçə kitab və məqalələrin müəllifi olmağı bacarmaq hər insanın işi deyil. Buna güc-qüvvət və səbr, dözüm gərəkdir. Öz yazıları ilə qəhrəmanlarının obrazını yaratmaqla, özü də o ağrını, acını yaşayırmış kimi qələmə alır, oxucularına baş verən faciəni olduğu kimi çatdıra bilir. Qan yaddaşımızda ermənilərin xalqımıza qarşı etdiklərini öz qələmi ilə canlandırmağı bacaran böyük qələm sahibidir Məhəmməd Nərimanoğlu. Kimdən xəbər alsan Məhəmməd müəllim haqqında əzizi və doğması kimi danışacaq, çünki könüllərdə qələmiylə, sözüylə qala qurmağı bacarıb Məhəmməd müəllim. Əziz, dəyərli Məhəmməd Nərimanoğlu, sizin haqınızda çox yazmaq olar. Mən sizi və oxucularımızı yormaq istəmirəm. Sizə bir arzu və diləyim var. Canınızdan artıq sevdiyiniz Kəlbəcərimizdə arzuladığınız qədər, könül dolusu yaşamağı Allah sizə nəsib etsin. Yeni yaşınız düşərli, xeyirli olsun. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Yüz yaşayın, yazın, yaradın. Yaxşı ki, sizin kimi dəyərlimiz, ziyalımız var. Tanrı sizi elimizdən əskik etməsin!
Dəyərli ziyalımızın yurd nisgili ilə qələmə aldığı bir şeirini Dalidag.az-ın oxucuları ilə paylaşıram. Şükür Allaha, şükür bu günümüzə, doğma Kəlbəcərimiz azaddır. Şəhidlərimizin ruhu şad olsun!
Ayağı çisginli, başı dumanlı,
Gəzmək istəyirəm o dağı bir də.
Bulaq nəğməsinə qarışa səsim,
Qımışa qönçənin dodağı bir də.
Qaranquş qayıda qura yuvasın,
Duyaq bir doyunca bahar havasın.
Çəkəm o dağların cövrü-cəfasın,
Olmaya ağzımda dad ağı bir də.
Duman ötə, zirvələrə, çən gələ,
Dünya mənə səma kimi gen gələ.
Alça tumurcuğu açıla, gülə,
Bəzənə-düzənə budağı bir də.
Rövşən Hüseynli
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 18-02-2024 20:18
Baxış sayı: 11 785
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02