Reklam
Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbdə Beynəlxalq Kitab Bağışlama Gününü qeyd edildi -ŞƏKİLLƏR
14-02-2024 19:27

Zaman keçdikcə Dövlət başçımızın diqqət və qayğısı ilə yenidən qurulan doğma Kəlbəcərimizə qovuşmağa, burada yaradıb yaşamağa səbrsizlənirik. O möhtəşəm günə, ana qədər hər birimizin üzərinə düşən vətəndaşlıq və vəzifə borcumuzu ləyaqətlə yerinə yetirməkdir.
Şükürlər olsun ki, bu məsuliyyəti vicdanla daşıyanlar aramızda çoxdur. Bizim də mənəvi borcumuzdur ki, işini sevən, yenilik axtaran, günümüzün tələblərinə öz sevimli peşələrilə töhfə verməyə çalışan insanların uğurlarını onlara 90 ildən bəri doğma olan qəzetimizdə işıqlandıraq.
Söhbət təhsil sahəsindən gedir və vicdanla ilk olaraq onu xatırlatmalıyıq ki Namiq Rəcəbovun sektor müdiri təyin olduğu gündən Kəlbəcər təhsilində böyük uğurlara imza atılır.
Dalidag.az "Yenilik" qəzetinə istinadla xəbər verir ki, Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbdə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Gününü münasibətilə tədbir keçirilib. Aynur Fərzəliyevanın rəhbərlik etdiyi 3 nömrəli Kəlbəcər orta məktəbi müasir tipli binada fəaliyyət göstərməsə də burada təlim-tərbiyə, tədris illik planlaşdırmaya uyğun yerinə yetirilir. Eyni zamanda əlamətdar tədbirlər yüksək səviyyədə keçirilir. Aynur müəllimənin bir yaxşı cəhəti də odur ki, məktəbdə keçirilən tədbirləri dərhal öz həmkarları ilə bölüşür, hamını xəbərdar edir.
14 fevral-Beynəlxalq Kitab Bağışlama Günündə 3 nömrəli məktəbdə daha bir tədbirin şahidi olduq.
Kitab bilik mənbəyidir kitab mədəniyyətdir, kitab mənəviyyatdır. Kitab keçmişimizi, bu günümüzü öz səhifələrində yaşadan məvfumdur. Bu gün haradasa bir zəif nöqtə varsa bəlkə də vaxtında kitaba dəyər verməməyimizdəndir. Məhz ona görə belə tədbirlərimizi alqışlamalıyıq.
Tədbirdə "Yenilik" qəzetinin baş redaktoru, şair Zahid Muxtar çıxış edərək gənc nəslə kitabla müntəzəm təmasda olmağın sirlərindən, eyni zamanda mahiyyətindən danışmış, öz şeirlərindən səsləndirmişdir.
Tədbirdə həmçinin bədii qiraət müsabiqəsi keçirilmiş, qalib şagirdlər-İbrahim Nəsirov, Araz Əsgərov, Aysu Mehdiyeva fəxri-fərmanla təltif olunmuşlar. Şagirdlərə kitab hədiyyə olunmuşdur.




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 14-02-2024 19:27
Baxış sayı: 2468Yazı axını
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
11 / 03 / 2026
10 / 03 / 2026
08 / 03 / 2026
07 / 03 / 2026
06 / 03 / 2026
04 / 03 / 2026
27 / 02 / 2026
Ən çox oxunanlar
















.jpg)











