Reklam

Qurban Sadıqovdan kövrək xatirələr: Ata ucadır, zirvədir, dağdır – amma qarlı-buzlu yox
10-02-2024 14:17

Sənin üçün çox darıxıram ata! Anamla birlikdə bizi-böyük ailəmizi halal zəhmətinizlə böyütdünüz. Bu gün də səni tanıyanların hamısı xoş xatirələrindən, mərdliyindən, qonaqpərvərliyindən, imkansızlara əl tutmağından, vətənpərvərliyindən, xeyirxahlığından, qəlbinin genişliyindən ağız dolusu danışaraq, sənin əziz xatirəni dərin hörmətlə anırlar.

Yaşadığımız kənddə çox böyük əziyyətlə səninlə çiyin-çiyinə gözəl bir ev tikdik, hərtərəfli şərait yaratdıq. Təəssüf ki, erməni vandalizmi nəticəsində bizim də evimiz dağıdıldı, viran qoyuldu.
Ata ağıla ilk gələn əzəmətdir, gücdür, qüvvədir, etibardır. Ata bu güclü keyfiyyətlərlə ən zərif, ən incə, ən kövrək duyğulara malik bir varlıqdır.
Ata, ailənin təməlidir. O, nəslin həm kökü, həm davamıdır…
Ata ucadır, zirvədir, dağdır – amma qarlı-buzlu yox. Oğlu üçün sevgisi ilə sarılacağı, kürəyini güvənclə söykəyəcəyi, qızı üçün isə güllü-çiçəkli, aydın günəşli bir dağdır.
Ata Uca Yaradanın övlada böyük bir lütfüdür. Zamanında bu lütfün qədrini, dəyərini bilmək hər kəsə nəsib deyildir. Ataya, valideynə dəyər verməyən nə keçmişinin, nə də gələcəyinin qədrini bilməz, milli varlığımıza, mənəviyyatımıza sahib çıxmaz.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezindenti, Müzəffər Alı Baş Komandan cənab İlham Əliyev Kəlbəcəri də işğaldan azad etdi. 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimiz işğaldan azad edildi. Hazırda işğaldan azad olunan bütün yaşayış məntəqələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır, genişmiqyaslı quruculuq, abadlıq, tikinti işləri intensiv şəkildə davam etdirilir. Möhtərəm cənab Prezidentimiz digər işğaldan azad olunan ərazilər kimi, Kəlbəcəri də dünyanın möcüzəsinə çevirir.
İndi ruhun şaddır. Məkanın cənnət olsun, ata!
Qurban Sadıqov
Dalidag.az









Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar