Reklam
Mənim yolum haqdan keçir, duyub halımı, gedirəm - İlham Məmmədli
09-02-2024 18:02
Bu gün dəyərli həmyerlimiz, şair, publisist, istedadlı ədəbiyyatşünas alim İlham Məmmədlinin doğum günüdür. Halal söz adamı, dəyərli ziyalımız İlham Məmmədlini növbəti doğum günü münasibətilə təbrik edir, yaradıcılığında, pedaqoji fəaliyyətində və həyatında uğurlar diləyirik.
Qeyd edək ki, İlham Müseyib oğlu Məmmədli 9 fevral 1963 Kəlbəcərin Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Kəlbəcər rayonu Zar kənd orta məktəbini, 1990-cı ildə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Təyinatla "İşıq" nəşriyyatına kiçik redaktor vəzifəsinə göndərilib. Bir müddət nəşriyyatda işləyəndən sonra "Həqiqət" qəzetinə şöbə müdiri təyin olunub. Müxtəlif illərdə "Azərbaycan aqrar elmi" jurnalında şöbə redaktoru, "Bərəkət", "Respublika" və "Həyat" qəzetlərində baş müxbir vəzifəsində işləyib. 1997–1999-cu illərdə "Hər gün" qəzetinin redaktoru, 1999–2002-ci illərdə "Azərbaycan ХХI əsr" qəzetinin baş redaktoru, 2004–2010-cu illərdən "Himayədar" jurnalının baş redaktoru olub. Jurnalist fəaliyyətini "Bütöv Azərbaycan" qəzetinin redaktoru kimi davam etdirir.
2004-cü ildə АMЕА-nın Nizami adına Ədəbiyyat İnstitutuna dissertant qəbul olunub.
2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda "Kəlbəcər ədəbi mühiti" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ХХ əsr ədəbiyyatı (Sovet dövrü) şöbəsinin aparıcı elmi işçisi, Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektorudur.
Orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olur. Müxtəlif illərdə ayrı-ayrı mətbuat orqanlarında çoxsaylı bədii yazıları dərc olunub.
"Kəlbəcərin söz sərvəti"-(antologiya), "XX əsr Kəlbəcər ədəbi mühiti" və "Ömrü sözə verdim"-(şeirlər) kitablarının müəllifidir.
Dalidag.az "Mən öz yolumu gedirəm", "Mənim yolum haqdan keçir, duyub halımı, gedirəm" deyən İlham Məmmədlinin bir neçə şeirini oxuculara təqdim edir.
GEDİRƏM
Bir az daşlı, bir az tozlu,
Mən öz yolumu gedirəm.
Bu yolun qərib yolçusu,
Boşmu, dolumu, gedirəm?
Keçən hər an vaxtdan keçir,
Qismətim uzaqdan keçir.
Mənim yolum haqdan keçir,
Duyub halımı, gedirəm.
Dərd yaşadım bu illəri,
Gah aqiləm, gah sərsəri.
Bu yolum Tanrı əsəri,
Yolun sonumu?.., gedirəm.
TAPMADI
İllər ötdü aradan,
Ömür keçdi yarıdan.
Ancaq ki, sən sarıdan
Ürək aram tapmadı
Dərd olmaz bu biçimdə,
Çox ustaymış seçimdə.
Qəm göyərdi içimdə,
Təbib yaram tapmadı.
Göydən ulduz üzərdim,
Saçlarına düzərdim.
Qorun-qorun közərdim,
Kimsə çaram tapmadı.
YAŞA
Səbir Allahın adıdı,
Səbrinə sığınıb yaşa.
Dərd veribsə, nemət sayıb
Cəbrinə sığınıb yaşa.
Bir hikmət var hər bəlada,
Şükürsüz çıxma yola da.
Dünya adlı bu qalada
Abrına sığınıb yaşa.
Haşa, dilbilməzdən haşa,
Söz kar etməz quru daşa.
Ömrü şərəflə vur başa,
Qəbrinə sığınıb yaşa.
İlham Məmmədli

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 09-02-2024 18:02
Baxış sayı: 2491
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02