Kəlbəcərlilər onlara Qələbə sevinci yaşatmış liderə səs verəcəklər -ŞƏKİLLƏR

16-01-2024 23:20


 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon  təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə şəhəri Yeni qəsəbə Mədəniyyət sarayının kiçik akt zalında rayon səhiyyə işçiləri ilə görüş keçirib.

Dalidag.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov və  Kəlbəcərli sakinlər iştirak ediblər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov görüşdə çıxış edərək qarşıdakı növbəti prezident seçkisinə - Zəfər seçkisinə böyük sevinc və qürurla getdiklərini vurğulayaraq 2003-2023-cü illərdə Cənab İlham Əliyevin rəhbərliyi altından möhtəşəm tarixi nailiyyətlərə və qələbələrə imza atıldığını, Azərbaycanda müstəqillik bərpa edildikdən sonra, yəni ötən 33 ildə ilk  dəfə seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini bildirdi: «2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olması,  muşdur. Bu tarixi hadisə  yeni iqtisadi və siyasi, o cümlədən geosiyasi hədəfləri müəyyən etmək və yerinə yetirmək üçün böyük imkanlar yaradır. Keçiriləcək növbədənkənar prezident seçkiləri də məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımdır.
YAP Kəlbəcər rayon təşkilatının sədri onu da vurğulayıb ki, sözü imzası qədər dəyəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün yenidən qurulub abadlaşan Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq. Rayon təşkilatının sədri bir daha əminliklə bildirdi ki, Gəlbəcər rayonunun çoxsaylı səhiyyə işçiləri  7 fevralda  da keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi – Qalib xalqın Qalib Lideri cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə Millət vəkili Aqil  Məmmədov çıxış edərək bildirib ki, 7 fevral tarixində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan dövlətimiz adına mühüm hadisəni zəfər seçkisi də adlandırmaq olar: «44 günlük vətən müharibəsinin və 23 saatlıq  antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının 30 il qəlbində yaşatdığı müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Və keçirilən növbəti 7 fevral – Zəfər seçkisində də bütün kəlbəcərlilər də Qarabağı Azərbaycana qovuşduran, dədə-baba torpaqlarımızın həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevə - xalqın layiqli liderinə səs verəcək.
Seçicilərlə görüşdə səhiyyə ərazi partiya təşkilatının sədri Ənvər İmamaəliyev,  gənclər adından Aytac Sadıqzadə, Fariz Camallı  və başqaları bildiriblər ki, Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Həmin tarixdən bəri keçirilmiş seçkilərdə seçicilərin əksəriyyəti İlham Əliyevə səs vermişdi və ötən illər də göstərdi ki, onlar seçimlərində yanılmayıblar. İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və ən əsası, Azərbaycanın 30 il əvvəl pozulan ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Kəlbəcərlilər də hər zaman dövlətə- dövlətçiliyə sadiq olaraq seçimləri  məhz Yeni azərbaycan partiyasının irəli sürdüyü namizəd – Qalib xalqın Qalib Lideri İlham Əliyevin olacağına əminliklərini,  ifadə ediblər.

Dalidag.az


















Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 16-01-2024 23:20
Baxış sayı: 3361
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını