Reklam
Kəlbəcərli kimi bu paylaşımı edənləri və "qəhrəmanları" qınayıram - TƏƏSSÜF!
11-12-2023 13:32
Rövşən Hüseynli
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Kəlbəcərin təbiətinin gözəllikləri kəlbəcərlilərin ruhuna, canına və qanına hopub. Kəlbəcərin təbiəti ilə kəlbəcərlilərin xarakterində bir oxşarlıq var. Bu, uzun illərdir, əsrlərdir belə davam edir. Kəlbəcər insanları qarlı qış kimi sərt, payız kimi comərd, bahar kimi gözəl, könül oxşayan, yay kimi isti, mehirban olurlar.
Kəlbəcərlilərin üzündə, çöhrəsində olan abır, həya hissi həmən sezilir, duyulur. Böyük-kiçiyə hörmət, qız-gəlinə verilən dəyər dərin ənənələrə söykənir.
Son günlər dövri mətbuatda və sosial şəbəkələrdə Kəlbəcərin bir neçə vəzifə sahibləri haqqında mənfi rəy doğuran səs yazısının paylaşılması, demək olar ki, gündəm oldu. Birmənalı olaraq bu paylaşımı edənləri və "qəhrəmanları" qınayıram. Kəlbəcərlilər haqqında mənfi rəy formalaşdırmağa çalışanlara demək istəyirəm ki, səhvsiz insan olmur. Hər bir elin yaxşısı və yamanı ola bilər. Lakin etdiyi səhvlərdən nəticə çıxartmağı hər kəs bacarmaz.
Çox istəyərəm ki, böyük şəxsiyyətlər yetirən Kəlbəcərimizin adını daimi ucaltmağı bacaran, qədrini bilən, ziyalılarımızdan, yaradıcı adamlarımızdan, Milli Qəhrəmanlarımızdan, canını torpaq uğrunda qurban verən şəhidlərimizdən söz açaq, yazaq.
Dövlətçiliyimizə, xalqımıza sədaqətlə xidmət edən, yüzlərlə minlərlə ziyalısı olan rayonu iki- üç yanlış addım atan adama görə qınaq obyektinə çevirmək doğru deyil.
2020-ci ilin aprel ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, çox hörmətli Cavid Qurbanova xitabən kiçik bir status yazıb paylaşmışdım. Statusda qeyd edirdim ki, Cavid Qurbanovun qaşıq-qaşıq yığdığı hörməti ətrafında olan bəziləri çömçə-çömçə dağıdır. Əslində bu status Cavid Qurbanovun ətrafına toplaşan, öz güzaranlarını düşünən, maddiyyat xatrinə hər cür çirkin yola əl atan yaramazların Cavid Qurbanovun şəxsiyyətinə və işgüzar nüfuzuna vurduğu zərbələrin “sos” siqnalı idi. Əlbəttə, hər yazılan yazıdan və yaxud kiçik bir statusdan Cavid Qurbanovun xəbəri olmaya bilərdi. Burda qəbahət heç nə yoxdur. Lakin o statusu görən, oxuyan dostluğumda yüzlərlə insanların içərisində Cavid Qurbanova yaxın olan, onun verdiyi çörəklə qarnını doyurdan insanlar olmamış deyildir. Onlar Kəlbəcər rayonu icra hakimiyyəti və digər dövlət qurumlarında olan boşluqlar və nöqsanlar haqqında Cavid Qurbanovu məlumatlandırmağa borclu idilər. Ən azından, yedikləri çörəyə xatir bunu etməliydilər. Bu gün cənab Prezidentin etimad göstərərək təyin etdiyi İcra başçısı o etimadı doğrultmağı bacarırmı? Bacarmırsa, nələr və kimlər onun idarəçiliyinə mane olur. Bu gün Azər Qocayevi qınağ obyektinə çevirənlər Cavid Qurbanovun sayəsində əli çörəyə çatanlardır. Üzdə yanındayıq, arxada isə əks təbliğatını aparanlar yedikləri çörəkdən utanıb xəcalət çəkirlərmi?
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı Yeni Azərbaycan Partiyasını nüfuzdan salmaq, partiyanı qınaq obyektinə çevirmək kimlərin düşüncəsinin məhsuludur? Xanım direktor məlum səsyazısı ilə Azərbaycan təhsilinin, Kəlbəcər rayonu icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının nüfuzuna vurduğu zərbədən xəbərsizdirmi? (səs yazısının adıçəkilən xanıma aid olub – olmadığı barədə məhkəmə - ekspertiziya rəy verə bilər) Yenə də burda hədəf və məqsəd öz hisslərinə hakim olmayan adamların əli ilə Cavid Qurbanovun şəxsiyyətinə və iş nüfuzuna vurulan zərbədir. Hörmətli Cavid Qurbanovun Kəlbəcər və kəlbəcərlilər üçün etdiklərini görməmək, görməzdən gəlmək nankorluqdur. Minlərlə kəlbəcərliyə əmi, dayı, arxa-dayaq olub. Tikdirdiyi xeyir-şər evləri, Bakı şəhərində əzizlərimizi dəfn etmək üçün saldırdığı qəbristanlıq, işlə təmin edilərək evinə bir tikə çörək aparan minlərlə insan ona hər zaman minnətdardır.
Bu yerdə, bir kəlbəcərli kimi bəzi məqamları sabiq Millət vəkilimizin diqqətinə çatdırmağı özümə borc bildim: Çörək verdiyiniz, sayənizdə vəzifə tutan bəzi nankorlar sizin və rayonumuzun imicinə sarsıdıcı zərbələr vurur və bu davam edir.
Bu gün kəlbəcərlilərin arasında bir ayrı-seçkiliyin, qruplaşmaların şahidi oluruq. 30 illik işğal sonrası biz elliklə əl-ələ verərək Kəlbəcərin quruculuq, abadlıq işlərində fəal iştirak etməli olduğumuz halda, bir qrup yarıtmaz insanın dırnaqarası fəaliyyəti ilə gündəmə gəlirik. Bu acı həqiqətdən nəticə çıxartmaq hər birimizin mənəvi borcudur. Bu borcun böyük payı sizin üzərinizə düşür. Siz 15 il millət vəkili oldunuz. Kəlbəcər camaatı sizi səs çoxluğu ilə rayonumuza millət vəkili seçdi. Hər üç dönəmdə Kəlbəcər elinin demək olar tam dəstəyini əldə etdiniz. Bu sevgini qazanmağı bacaran bir millət vəkili olaraq, seçicilərin etimadını doğrultdunuz. Sözsüz ki, son olaylardan, baş verən xoşagəlməz hadisələrdən xəbərdarsınız. Ümid edirəm ki, inandığınız, güvəndiyiniz insanlar bu son olayları sizdən gizlətməyib. Çox hörmətli Cavid Qurbanov, sizdən xahiş edirəm, olanları nəzərə alaraq Kəlbəcər adı altında aparılan bu çirkin oyunları icra edənlərə fürsət verməyin. Bu gün əlinizlə çörək verib, vəzifə sahibi etdiklərinizin əli ilə sizin nüfuzunuza, Kəlbəcərimizin adına xələl gətirilir. O fürsətçillərə imkan verənlər sizin sayənizdə “adam olub” ortalığa çıxanlardı. Onları sizin adınız, soyadınız, nə də mövqeyiniz düşündürmür. Onların bir amalı və düşüncəsi var: Sayənizdə güzəranlarını yaxşılaşdırmaq, vəzifə mövqelərini gücləndirməkdir. Onu da xatırlatmaq yerinə düşər ki, Kəlbəcər rayonundan olan ziyalılarımız, aydın düşüncə sahiblərinin çoxu baş verənlərə Dədə Şəmşir ocağına, sizin adınıza xatir susur! Bu yanlış addım atanlar tezliklə səhvlərindən nəticə çıxarmalıdır. Biz buna inanırıq!

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 11-12-2023 13:32
Baxış sayı: 24 051
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
21-11-2024 15:23