Reklam

“Ümumilli lider Heydər Əliyevin irsi bizim milli sərvətimizdir ” mövzusunda tədbir keçirilib
08-12-2023 23:18

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümumilli lider Heydər Əliyevin irsi bizim milli sərvətimizdir ” mövzusunda ümumrayon tədbir keçirilib.
Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül dəstələri düzülüb, daha sonra Kəlbəcər rayon Mədəniyyət sarayında Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin yetirmələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videorolikə baxılıb.

Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu, bu günkü tarixi qələbəmizə zəmin yarandı.Onun özü qədər inandığı, siyası kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz tam bərpa olunub, tarixi qələbə çalınaraq, ədalət zəfər çalıb.Azərbaycan dünyanın siyasi diqqət mərkəzində olmaqla, regionun lider dövlətinə çevrilibdir.


Tədbir daha sonra bədii hissə ilə davam edib.
Dalidag.az





















Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
