Reklam

Kəlbəcər haqqında yeni mahnı - VİDEO
18-11-2023 11:42

Bu günlərdə Dünya TV kanalında ilk dəfə yayımlanan “Kəlbəcərliyəm” mahnısı da Kəlbəcərimizin gözəlliklərinə və füsunkarlığına həsr olunmuşdur. Sözləri və musiqisi Hüseyn Muxtaroğluna, aranjemanı Elnur Cəbiyevə məxsus olan mahnının ifaçısı həmyerlimiz, müğənni Şəbnəm Faiqqızıdır. Kəlbəcər şəhərində doğulan Şəbnəm Faiqqızı beş yaşında olanda doğma yurdumuz mənfur düşmənlərimiz tərəfindən işğal olunmuş.onun ailəsi həmin vaxtdan indiyədək Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıtdakı 24 saylı tam orta məktəbin dördüncü sinfində oxuyarkən valideynləri Şəbnəmin musiqiyə olan həvəsini nəzərə alaraq onu Qubadlı Musiqi Məktəbinin muğam şöbəsinə qoyurlar. Şəbnəmin ilk musiqi müəllimi Sevər Quliyeva ona muğam sənətini daha da sevdirir və muğamın sirlərini öyrədir. Orta məktəbi bitirdikdən sonra Sumqayıt Musiqi Kollecinə daxil olan Şəbnəm Faiqqızı orada tanınmış müğənni , Respublikanın Xalq Artisti Zabit Nəbizadədən muğamın sirlərini öyrənmişdir. Şəbnəm Faiqqızı bir müddət Corat mədəniyyət evində çalışmışdır. Şəbnəm Faiqqızı müğənni kimi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə müxtəlif bölgələrdə hərbi hissələrdə əsgər və zabitlərimiz qarşısında konsertlər vermiş,mədəni- kütləvi tədbirlərdə iştirak etmiş , dəfələrlə fəxri-fərmanlar və diplomlarla təltif olunmuşdur. O, həmişə kəlbəcərli olmağı ilə fəxr edir. Şəbnəm xanımın ən böyük arzusu doğma yurdumuz Kəlbəcərdə məskunlaşmaq və orada yaşayan kəlbəcərlilər qarşısında konsert verməkdir. Biz də həmyerlimizə yeni-yeni uğurlar arzulayırıq.
Oqtay Salahlı,
Dalidag.az





Yazı axını
01 / 12 / 2023
30 / 11 / 2023
30 / 11 / 2023
29 / 11 / 2023
29 / 11 / 2023
28 / 11 / 2023
27 / 11 / 2023
27 / 11 / 2023
26 / 11 / 2023
25 / 11 / 2023
25 / 11 / 2023
25 / 11 / 2023
24 / 11 / 2023
24 / 11 / 2023
24 / 11 / 2023
24 / 11 / 2023
22 / 11 / 2023
21 / 11 / 2023
Ən çox oxunanlar