Reklam
"Qarışarsa nəfəsinə nəfəsin, Qənbər şirin-şirin yatar, bənövşə!"
16-11-2023 17:04
Bu gün görkəmli şair, nasir, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun doğum günüdü.
Dalidag.az bildirir ki, yaşasaydı el ağsaqqalı 90 yaşını qeyd edəcəkdi.
Qeyd edək ki, Q.Qurbanov 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur saz-söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.
Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilib.
O bir sıra məsul vəzifələrdə çalışmşdır. Belə ki, 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü olub. O həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Qızıl qələm" mükafatı laureatı idi. O.Qurbanov 30 dekabr 2021-ci ildə 88 yaşında vəfat edib.
Dalidag.az olaraq, Qənbər Şəmşiroğlunu rəhmət və ehtiramla anırıq. Ruhu şad olsun!
BƏNÖVŞƏ
Dağlarda güllərin müjdəçi qızı,
Gətir elimizə bahar, bənövşə!
Xoş ətirin qəlbimizi oxşasın,
Bizi intizardan qurtar, bənövşə!
İnsanı cəlb edir xırda görkəmin,
Qovursan hər kəsin kədərin, qəmin.
Gözəllər gözəli bütün aləmin
Hamı səni əziz tutar, bənövşə!
Oldun sevənlərin ilk vəfadarı,
Qalmayıbdı hansı kəsin tutarı.
Öyrənmək istəsən pərəstişkarı
Məni də unutma, axtar, bənövşə!
Qüssədən, kədərdən biz uzaqlaşaq,
Gəl əl-ələ verib yal-yamac aşaq.
Səni çox bitirən dağlara qaçaq,
Olsun məskənimiz dağlar, bənövşə!
Nəğməkarlar odlu nəğmə deyəllər,
Qulaq asıb dinləyəcək bülbüllər.
Səni sevən gözəl qızlar, gəlinlər
Qom-qom edib dəstə bağlar, bənövşə!
Öz arzusu, öz diləyi hər kəsin,
Yaxşı bağban əsirgəməz meyvəsin.
Qarışarsa nəfəsinə nəfəsin
Qənbər şirin-şirin yatar, bənövşə!
GƏLMƏDİ
Gözüm yolda qaldı, qulağım səsdə,
Nə kağızın, nə də səsin gəlmədi.
İki cümlə yazmaq çətin iş deyil,
İstəmədin, ya həvəsin gəlmədi?
Qoy sevinsin bizi birgə bilənlər,
Daldalarda rişxənd edib gülənlər.
Düz deyirmiş boş söhbətdi deyənlər,
Təkrar-təkrar bir də gülsün, gəlmədi.
Zəhmət çəkib inciməyim çox əbəs,
Aydındır ki, ara vurdu müxənnəs.
“Ölüm olsa öləcəyəm!” – deyən kəs
Car çəkəcəm hamı bilsin, gəlmədi.
Söz verməyin özü böyük qərardı,
Əməl etməyin də qaydası vardı.
Görsək gəldi – bir həqiqət olardı,
Verdiyi qərarı silsin, gəlmədi.
Qənbər, biçarəyə artıq nə deyək?
Hər kəsin işini seyr edir fələk.
Aşikar bilindi qurduğu kələk,
Özü doyanacan gülsün, gəlmədi.
BİLMİRƏM
Ətri də gedibdi, xoş görkəmi də,
Daha bənövşəni görə bilmirəm!
Kolların dibində qaldı ömürlük,
Uzaqdı, yaxındı – gələ bilmirəm!
Vaxt var idi çəmənlərə gedərdik,
Dəstə-dəstə dosta töhfə verərdik,
Qoxusuna könül fəda edərdik,
Yuxuda görürəm, dərə bilmirəm!
Tale bizi yaman ayrı salıbdı,
Gözəlliklər düşmənlərə qalıbdı.
Həsrət məni qəm-qüssəyə alıbdı,
Necə yaşayıram-hələ bilmirəm!
Mən bir gün yox olanda kölgələr təkin,
Demirəm ağlayın, göz yaşı tökün.
Qəbrimin üstünə bənövşə əkin,
Axı o çiçəksiz ölə bilmirəm.
Qaçqın olduq, gözlərimiz gördü nə?
Sığınmışıq kainatın Mərdinə!
Şərik olun siz Qənbərin dərdinə,
Ağlayıram, amma gülə bilmirəm!
DOST DÜŞMƏNƏ ÇEVRİLƏNDƏ
Məyus olar hər bir bəndə,
Dost düşmənə çevriləndə!
Dözüm gərək səndə, məndə,
Dost düşmənə çevriləndə!
Özünə arxa sanırsan,
Fəxr edirsən, şadlanırsan
Danışmağa utanırsan
Dost düşmənə çevriləndə!
Bilmirsən nə eyləyəsən,
Dərdi kimə söyləyəsən,
Oğulsan tab eyləyəsən,
Dost düşmənə çevriləndə!
Qalay gedib, çıxır paxır,
Tənələr qəlbini yaxır,
Hamı sənə əyri baxır,
Dost düşmənə çevriləndə!
Təmənna çoxdursa əgər,
Qəm-qüssəyə düşmə hədər,
Kişi kimi tab et, Qənbər,
Dost düşmənə çevriləndə!
GƏZƏR
Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!
İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər fərəhlənsin, həm xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!
Hamıya xoş əhval, şadlıq diləyər,
Əlsiz, ayaqsıza kömək eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.
Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi istək ilə nurla dolanlar
Allahu-Əkbəri, sübhanı gəzər!
Rəbbim, özün saxla, eləsi də var
Yalandan min fitnə-böhtan uydurar.
Dostuna gah duzaq, gah tələ qurar,
Ara qarışdıran şeytanı gəzər.
GÜNAH BİZDƏDİ
Dünyanı günahkar sayırıq niyə?!
Dünyada günah yox, günah bizdədi.
Çoxlarının izi-tozu qalmadı,
Çünki onu ana torpaq gizlədi.
Bizə töhfə edib Ayı, Günəşi,
Qayğımıza qalmaq olubdur işi,
Belə xəlq edibdi xəlq edən Kişi,
Qartal zirvələrdə, ceyran düzdədi.
Bircə yaxşılığı yüz görmürüksə,
Hər nəyə qiyməti düz vermiriksə,
Yaxşını-yamanı düz görmürüksə,
Biclik ürəkdədi, xəta gözdədi.
Dünyada şahidi olduq nələrin:
Sonunu çox gördük nadan kəslərin.
Haqqa, ədalətə yol seçənlərin
Şeytan gəlib ləpirini izlədi.
İnsanda insana olsa məhəbbət
Olmaz düşmənçilik, olmaz xəyanət.
Yol azana lənət, əyriyə lənət,
Qənbər sizə nə dedisə, düz dedi.
Qənbər Şəmşiroğlu
Dalidag.az
Dalidag.az bildirir ki, yaşasaydı el ağsaqqalı 90 yaşını qeyd edəcəkdi.
Qeyd edək ki, Q.Qurbanov 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur saz-söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib.
Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilib.
O bir sıra məsul vəzifələrdə çalışmşdır. Belə ki, 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü olub. O həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Qızıl qələm" mükafatı laureatı idi. O.Qurbanov 30 dekabr 2021-ci ildə 88 yaşında vəfat edib.
Dalidag.az olaraq, Qənbər Şəmşiroğlunu rəhmət və ehtiramla anırıq. Ruhu şad olsun!
BƏNÖVŞƏ
Dağlarda güllərin müjdəçi qızı,
Gətir elimizə bahar, bənövşə!
Xoş ətirin qəlbimizi oxşasın,
Bizi intizardan qurtar, bənövşə!
İnsanı cəlb edir xırda görkəmin,
Qovursan hər kəsin kədərin, qəmin.
Gözəllər gözəli bütün aləmin
Hamı səni əziz tutar, bənövşə!
Oldun sevənlərin ilk vəfadarı,
Qalmayıbdı hansı kəsin tutarı.
Öyrənmək istəsən pərəstişkarı
Məni də unutma, axtar, bənövşə!
Qüssədən, kədərdən biz uzaqlaşaq,
Gəl əl-ələ verib yal-yamac aşaq.
Səni çox bitirən dağlara qaçaq,
Olsun məskənimiz dağlar, bənövşə!
Nəğməkarlar odlu nəğmə deyəllər,
Qulaq asıb dinləyəcək bülbüllər.
Səni sevən gözəl qızlar, gəlinlər
Qom-qom edib dəstə bağlar, bənövşə!
Öz arzusu, öz diləyi hər kəsin,
Yaxşı bağban əsirgəməz meyvəsin.
Qarışarsa nəfəsinə nəfəsin
Qənbər şirin-şirin yatar, bənövşə!
GƏLMƏDİ
Gözüm yolda qaldı, qulağım səsdə,
Nə kağızın, nə də səsin gəlmədi.
İki cümlə yazmaq çətin iş deyil,
İstəmədin, ya həvəsin gəlmədi?
Qoy sevinsin bizi birgə bilənlər,
Daldalarda rişxənd edib gülənlər.
Düz deyirmiş boş söhbətdi deyənlər,
Təkrar-təkrar bir də gülsün, gəlmədi.
Zəhmət çəkib inciməyim çox əbəs,
Aydındır ki, ara vurdu müxənnəs.
“Ölüm olsa öləcəyəm!” – deyən kəs
Car çəkəcəm hamı bilsin, gəlmədi.
Söz verməyin özü böyük qərardı,
Əməl etməyin də qaydası vardı.
Görsək gəldi – bir həqiqət olardı,
Verdiyi qərarı silsin, gəlmədi.
Qənbər, biçarəyə artıq nə deyək?
Hər kəsin işini seyr edir fələk.
Aşikar bilindi qurduğu kələk,
Özü doyanacan gülsün, gəlmədi.
BİLMİRƏM
Ətri də gedibdi, xoş görkəmi də,
Daha bənövşəni görə bilmirəm!
Kolların dibində qaldı ömürlük,
Uzaqdı, yaxındı – gələ bilmirəm!
Vaxt var idi çəmənlərə gedərdik,
Dəstə-dəstə dosta töhfə verərdik,
Qoxusuna könül fəda edərdik,
Yuxuda görürəm, dərə bilmirəm!
Tale bizi yaman ayrı salıbdı,
Gözəlliklər düşmənlərə qalıbdı.
Həsrət məni qəm-qüssəyə alıbdı,
Necə yaşayıram-hələ bilmirəm!
Mən bir gün yox olanda kölgələr təkin,
Demirəm ağlayın, göz yaşı tökün.
Qəbrimin üstünə bənövşə əkin,
Axı o çiçəksiz ölə bilmirəm.
Qaçqın olduq, gözlərimiz gördü nə?
Sığınmışıq kainatın Mərdinə!
Şərik olun siz Qənbərin dərdinə,
Ağlayıram, amma gülə bilmirəm!
DOST DÜŞMƏNƏ ÇEVRİLƏNDƏ
Məyus olar hər bir bəndə,
Dost düşmənə çevriləndə!
Dözüm gərək səndə, məndə,
Dost düşmənə çevriləndə!
Özünə arxa sanırsan,
Fəxr edirsən, şadlanırsan
Danışmağa utanırsan
Dost düşmənə çevriləndə!
Bilmirsən nə eyləyəsən,
Dərdi kimə söyləyəsən,
Oğulsan tab eyləyəsən,
Dost düşmənə çevriləndə!
Qalay gedib, çıxır paxır,
Tənələr qəlbini yaxır,
Hamı sənə əyri baxır,
Dost düşmənə çevriləndə!
Təmənna çoxdursa əgər,
Qəm-qüssəyə düşmə hədər,
Kişi kimi tab et, Qənbər,
Dost düşmənə çevriləndə!
GƏZƏR
Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!
İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər fərəhlənsin, həm xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!
Hamıya xoş əhval, şadlıq diləyər,
Əlsiz, ayaqsıza kömək eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.
Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi istək ilə nurla dolanlar
Allahu-Əkbəri, sübhanı gəzər!
Rəbbim, özün saxla, eləsi də var
Yalandan min fitnə-böhtan uydurar.
Dostuna gah duzaq, gah tələ qurar,
Ara qarışdıran şeytanı gəzər.
GÜNAH BİZDƏDİ
Dünyanı günahkar sayırıq niyə?!
Dünyada günah yox, günah bizdədi.
Çoxlarının izi-tozu qalmadı,
Çünki onu ana torpaq gizlədi.
Bizə töhfə edib Ayı, Günəşi,
Qayğımıza qalmaq olubdur işi,
Belə xəlq edibdi xəlq edən Kişi,
Qartal zirvələrdə, ceyran düzdədi.
Bircə yaxşılığı yüz görmürüksə,
Hər nəyə qiyməti düz vermiriksə,
Yaxşını-yamanı düz görmürüksə,
Biclik ürəkdədi, xəta gözdədi.
Dünyada şahidi olduq nələrin:
Sonunu çox gördük nadan kəslərin.
Haqqa, ədalətə yol seçənlərin
Şeytan gəlib ləpirini izlədi.
İnsanda insana olsa məhəbbət
Olmaz düşmənçilik, olmaz xəyanət.
Yol azana lənət, əyriyə lənət,
Qənbər sizə nə dedisə, düz dedi.
Qənbər Şəmşiroğlu
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 16-11-2023 17:04
Baxış sayı: 3423
Yazı axını
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar