Reklam
Həmyerlimiz “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib -ŞƏKİL
07-11-2023 14:24

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Faiq Mehdiyevə təqdim edib.
“23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı” münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Cənab Prezidentin 22 iyun 2023-cü il tarixli, 3938 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdri Faiq Fərman oğlu Mehdiyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən medal Faiq Mehdiyevə təqdim edilib, dövlətimizin başçısı cənab İlham Əliyevin Dövlət qulluğu sahəsində apardığı uğurlu islahatlardan söz açıb. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev özü və kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kəlbəcər rayon İcra Hakimiyyətinə göstərdiyi yüksək etimad və dəyərə görə minnətdarlığını bildirib.
Faiq Mehdiyev yüksək ali dəyərə görə dövlətimizin başçısı cənab İlham Əliyevə özü və ailəsi adında minnətdar olduqlarını ifadə edərək, bundan sonra dahada məsuliyyətlə çalışacağını vurğulayıb.
Mehdiyev Faiq Fərman oğlunu yüksək təltifə görə təbrik edir, şəxsi və iş həyatında uğurlar arzulayırıq.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 07-11-2023 14:24
Baxış sayı: 3539Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























