Reklam
Hər gün səhər yeddidə öpüşən azərbaycanlı oğlan və gürcü qızı – İlginc tarixçə
15-01-2020 09:40
Ağızlarını açmadan insanlara öz həyatlarından danışan bu mərmər heykəllər onu görənlərdə fərqli duyğular yaradacaq qədər sehrlidir. Bu hərəkətsiz varlıqlar vaxtilə həyatın bir parçası olub, o gündən bu günə isə heç nə dəyişməyib. Əlbəttə, sənət içində gizlətdiyi anlam və mesajlarla gözəldir.
Dalidag.az dünyanın məşhur heykəlləri və tarixçələri haqda yazını təqdim edir.“Nello və Patraş”
Belçikanın Müqəddəs Antverpen Katedralının qarşısındakı bu heykəl ilk baxışda məsum və sevimli görünə bilər, ancaq ağrılı bir hekayəsi var.
Heykəl XIX əsr hadisəsinin qəhrəmanları Nello və köpəyi Patraşın həyatından bəhs edir. Həyatı yoxsulluq və aclıq içində keçən Nello həm də kimsəsiz və evsiz idi. Həyatının sonunda Nello və sevimli dostu Patraşı bir qış səhəri kilsənin qabağında donmuş halda tapırlar. Nello Patraşa sarılaraq ölmüşdü.
“Expansion”
Peyç Bredli adlı heykəltəraş tərəfindən yaradılan bu əsərin spesifik hekayəsi olmasa da, hamımızın içimizdə gəzdirdiyimiz hər şeydən bəhs edir.
“Expansion” yanlış anlaşılmalar, gözləntilər və yorucu iş saatlarının altına dəfn edilmiş potensialımızın üzə çıxmasını təmsil edir.
Sənət əsərinin sərgilənməsi üçün bütün təklifləri rədd edən heykəltəraş qəzəblənərək heykəli yerə çırpmış, amma yenidən parçaları bir araya gətirərək belə bir sənət əsəri ortaya qoymuşdu.
“Düyünlənmiş tapança”
BMT-nin Nyu-Yorkdakı binasının qarşısında nəhəng “Kolt” tapançasının heykəli var. “Sülh” heykəli kimi də tanınan bu abidənin böyük bir anlamı var. Bu bürünc heykəl 1985-ci ildə mərhum müğənni Con Lennonun xatirəsinə dostu Karl Fredrik Röytersvard tərəfindən hazırlanıb. İddiaya görə, “The Beatles” qrupunun qurucusu Lennon öz evində tapança ilə vurularaq öldürülüb.
“Sevgi – böyük bədənlərdə həbs olunmuş uşaqlar”
Aleksandr Milov tərəfindən yaradılan bu heykəl ilk dəfə Nevada ştatında sərgiyə çıxarılıb. Sənət əsərinin bir-birini sevməyən valideynlərin övladlarına görə bir yerdə yaşamağa məcbur olmasını, öz sevgililəri ilə vaxt keçirərək uşaqlarını unutmasını simvolizə edir.
“Tuna çayındakı ayaqqabılar”
İkinci Dünya Müharibəsində yəhudilərdən ayaqqabılarını çıxarmaları və çayın sahilinə yaxınlaşmaları tələb olundu. Alman əsgərləri yəhudiləri güllələyərək, cansız bədənlərini çaya atdılar. Sahildə boş qalan 3500 ayaqqabı isə sonradan heykələ çevrildi. Abidə Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşir.
“Haçiko”
Haçiko Yaponiyada yaşayan Ueno adlı bir universitet professorunun köpəyi idi. Haçi hər gün metro stansiyasının qabağında professorun işdən gəlməsini gözləyirdi, evə onunla birlikdə qayıdırdı. Bir gün Uenonun səhhəti serebral qanama səbəbindən pisləşdi və xəstəxanaya yatırıldı. Professorun həyatını xilas etmək mümkün olmadı. Sahibin qayıtmayacağından xəbərsiz Haçiko ölənədək hər gününü Uenonu statnsiyada gözləyərək keçirdi. Külləri isə Uenonun yanında dəfn olundu. 1987-ci ildə Haçikonun həyatından bəhs edən eyniadlı film çəkilib.
“Əli və Nino”
1918-1920-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində azərbaycanlı gənc Əli Xan Şirvanşir və gürcü qızı Nino Kipiani arasında yaşanan məhəbbətdən bəhs edən bu abidə Tamara Kvesitadze tərəfindən hazırlanıb. Heykəlin tükürpədici xüsusiyyəti var. Gürcüstanın Batumi şəhərində yerləşən bu heykəllər hər gün səhər yeddidə bir-birinə çevrilərək “öpüşür”, az sonra isə yolları ayrılıraraq öz yolları ilə gedirlər.teleqraf.com
Dalidag.az
Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 15-01-2020 09:40
Baxış sayı: 41 655
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23