Yazıçı Süleyman Hüseynovun 70 illik yubuleyi keçirilib - ŞƏKİLLƏR

02-10-2019 20:39
Şair, yazıçı-publisist, tərcüməçi Süleyman Hüseynovun 70 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib.

Dalidag.az-ın məlumatına görə Azərbaycan Yazıçılar Birliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutub.Tədbirdə yubiliyarın mühəndis həmkarları, qələm dostları, ictimaiyyət nümayəndələri, oxucular və digər qonaqlar iştirak edib. Maraqlı səhnəciklə başlayan tədbir qonaqlarda xoş əhval yaradıb. Əməkdar artisti Cəlal Məmmədovun aparıcılığı ilə davam edib. O, Süleyman Hüseynovun yaradıcılğı haqqında geniş məlumat verdikdən sonra çıxış üçün sözü Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədova verib. T.Səmədov qonaqları və yubiliyarı salamladıqdan sonra İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun yazarlara olan diqqət və qayğısından, onlar üçün yaradılan şəraitdən danışıb.Çıxışın sonunda birinci müavin icra başçısı və nümayəndəliyi adından yubiliyara təbrik ünvanlayaraq, hədiyyələr təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi şair Dayandur Sevgin, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Respublika Mədəniyyət Işçiləri Həmkarlar Ittifaqı Sumqayıt şəhər Kоmitəsinin sədri, şair Əşrəf Veysəlli, Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova, “Exo Sumqayıt” qəzetinin baş redaktoru Eyruz Məmmədov, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli yubliyarı təbrik edib ona xoş arzularını çatdırıblar.
Yubilyarın qardaş ölkələrdən təşrif edən dostları , Daşkənd "Sredazsvetmetenerqo" Səhmdar Cəmiyyətinin baş direktoru Mixail Kostetski, Tacikistanın sabiq müdafiə sənayesi naziri, millət vəkili Qnaforxo Muxiddinov da təbriklərə qoşularaq şairə Asiya milli geyimi və müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbir boyunca Azərbaycan Respublikasının əməkdar artisti Nahidə Orucova, Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə Səfərova, İzaməddin Bağırov, Sabir Sarvan adına “Uşaq Poeziya klubu”nun üzvləri Cavidan Mirzəzadə, Aynur Kərimova, 42 saylı məktəbin şagirdi Nisə Cəllili, Xəzər rayonu, Binə qəsəbəsi, 218 saylı tam orta məktəbin şagirdi Mədinə Hümbətova şairin şeirlərindən nümunələr səsləndirərək gecəyə gözəllik qatıblar.
Süleyman Hüseynovun Qarabağ mövzusuna həsr etdiyi “And” romanından bir parça nümayiş etdirən Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə SəfərovaOktay Mehdiyevin ifası təsirli və yaddaqaln olub. Tədbirə rəng qatan daha bir ifa isə Azərbaycan Aşıqlar Birliyinin üzvü Əfsanənin oldu .
Sonda yubliyara söz verildi. Səbəbkar tədbirin təkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək, yeni şeirlərini səslndirdi.

Sevinc Qərib

Dalidag.az









Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 02-10-2019 20:39
Baxış sayı: 2636
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını