Reklam
"İlham Məmmədlinin 60 yaşı “Bütov Azərbaycan” yolunun irəliyə axan “zaman dilimidir”"
09-02-2023 16:44
İlham MəmmədliBu gün fəlsəfə doktoru, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru İlham Məmmədlinin 60 yaşı tamam olur.
İlham Məmmədlinin “60 illik yubiley tədbirinə məndə hazırlaşmışdım. Qardaş Türkiyədə baş verən olaylardan dolayı İlham Məmmədli yubiley tədbirini təxirə saldı. Lakin, onun şəxsiyyətinə olan etiramı, inamı, hörmət hissini ifadə etməyi təxirə sala bilmədi.
Həyatımda hörmətə layiq çoxsaylı dostlarım, tanışlarım, qohumlarım var. Lakin, İlham Məmmədli şəxsiyyəti - münasibətdə olduğum insanlar içərisində xüsusi önəm daşıyır. İnsan şəxsiyyətinin düşüncə, hiss, davranış üzərində qurulan xarakteri hər kəsi münasibətlər sisteminə qoşur. Məhz bu xarakter insanı digərindən fərqləndirən, insanların ətraf mühitə və fərdə, sosial qrupa münasibətində müşahidə oluna bilən genetik və qazanılmış davranış xüsusiyyətlərindən təşkil olunur. Bütün bu genetik, qazanılmış və təşkil olunmuş xaraker elementləri arasında bağlar möhkəm, təbii əlaqədə olarsa və ictimai – sosial həyatın dəyişməz qanunları, dəyərləri ilə ziddiyət təşkil etməzsə o zaman “şəxsiyyət bütövlüyü” meydana çıxır. Şəxsiyyət və xarakterlə bağlı qeyd etdiyim izahat əslində yaxından tanıdığım İlham Məmmədlinin düşüncəsinin, davranışının, hissinin ictimai həyatda ümumiləşmiş tablosudur.
“Bütöv olmaq”, “Milli olmaq”, “Vətən olmaq”, “Dövlət olmaq” əxlaqını qanından, damarından, iliyindən keçirən, ünsiyyətdə olduğu insanları layiq olduğu bu ali keyfiyyətlər cazibəsində saxlayan İlham Məmmədlinin 60 yaşı “Bütov Azərbaycan” yolunun irəliyə axan “zaman dilimidir”.
Çoxunun yubileyi yox, sıradan ad günü olanda fb səhifəsinə şəklini qoyur, özü- öz ad günün piyarın aparır. Sanki, xalq üçün, bəşəriyyət üçün bunun dünyaya gəlişi o qədər əhəmiyyətlidir ki, həmin günü onu təbrik etməyənləri qara siyahıya salır.
Lakin, bu təvazakör, sadə insanın 60 illik yubileyində fb səhifəsində yazdığı postu sizinlə paylaşıram:
"TANRIM, ÖZÜN KÖMƏK OL QARDAŞ – BACILARIMIZA"
P.S. Elə əziz dostum, Tanrı sənə də kömək olsun ki, "Bütöv Azərbaycan" qazansın!

Məhəmməd Cəbrayılov
Dalidag.az olaraq, biz də dəyərli ziyalı, təəssübkeş vətəndaş, yurduna, el-obasına möhkəm mənəvi bağlılılığı hər əməlində özünü biruzə verən filоlоgiyа üzrə fəlsəfə dоktоru İlham Məmmədlini 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. İlham Məmmədli bütün titulların fonunda insani ucalığa varmış şəxsiyyətdir. Gözəl insan, sözün qədrini bilən, peşəsinə, mövqeyinə, əqidəsinə sadiq əziz İlham müəllimə sağlam can, sevinci, uğuru bol ömür diləyirik. Varlığı qənimətimiz olan adam, yaxşı ki, varsınız!
S.Qərib
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 09-02-2023 16:44
Baxış sayı: 31 106Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















