Reklam
Mən Kəbə istəmədim, Qibləm Kəlbəcərdədir...
26-11-2022 11:33

Hüseyn Şahbəndəyev
Kəlbəcərin 2 yaşını sevinc qarışıq kədərlə, naşükürlük olmasın, bir az sıxıntı ilə uca Allaha şükür edə-edə Bakıda qeyd edirik. Tezliklə ermənilərin, onların bədniyyət, pisməramlı rus-fransız havadarlarının Ağdərədəki yolumuzun üstündən rədd olacağına inam bu sıxıntıdan qurtaracağımıza ümid yaradır. Bu sevinci və bəxtiyarlığı pozmağa çalışan murdarlara qarşı Azərbaycan Ordusunun qəhrəmanlıq ruhuna, Ali Baş Komandanımızın qətiyyətinə, xalqımızın birliyinə güvənirik.Allah yardımçımız olsun!
Həmin sevincli xəbərin coşğusunu yaşadığımız günlərdə Kəlbəcərin azad edilməsi xəbərini bir övlad sevgisi ilə, göz yaşları içərisində qarşıladım.
Bu şeir həmin günün yaşantısıdır:
Mən Kəbə istəmədim,
Qibləm Kəlbəcərdədir.
Vəzifə istəmədim,
Rütbəm Kəlbəcərdədir.
Cavanlığım, gəncliyim,
Keçmişim, gələcəyim,
Yorulmağım, dincliyim,
Bəxtim Kəlbəcərdədir.
Ağzımın dadı, tamı
Tutqu, Barıtlı çayı,
Bumbuz suyu, saf balı,
Şəhdim Kəlbəcərdədir.
Tərifi sözə sığmaz
Başlıbelim əlçatmaz.
Dözmüşəm, şükür, qardaş,
Əhdim Kəlbəcərdədir.
Təbiəti heyrətim,
Yenilməyən qeyrətim,
Solmayan məhəbbətim,
Eşqim Kəlbəcərdədir….
Şükürlər olsun! Dostların dəstəyi ilə Başlıbeli ziyarət edə, valideynlərimin, camaatımızın ermənilər tərəfindən darmadağın edilmiş məzarlarına, yandırılmış evlərimizin xarabalıqlarına üz söykəməyə Allah macal verdi.
İnanıram ki, quruculuq, abadlıq işlərinin vüsət aldığı yeni, abad Kəlbəcər öz misilsiz gözəllikləri ilə yenidən dünyanı daha artıq heyrətə salacaq, gələcək nəsillərimiz bu qənirsiz gözəlliklərin sahibi olacaqlar.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 26-11-2022 11:33
Baxış sayı: 4674Yazı axını
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
11 / 03 / 2026
10 / 03 / 2026
08 / 03 / 2026
07 / 03 / 2026
06 / 03 / 2026
04 / 03 / 2026
Ən çox oxunanlar
















.jpg)











