Yığdığın var-dövlət ölüm gələndə sıfıra vurulur, hər şey heç olur - Şaiq Sadıqzadə

24-11-2022 19:42

24 noyabr 2018 ci il..27 yaşlı gənc şair Şaiq Sadıqzadənin intiharı...Bu olay nəinki Kəlbəcərin Zəylik kəndinin camaatını, Əjdər müəllimin ailəsini sarsıtdı... 
Mən deyərdim ki, bu ağrılı-acılı ağır xəbər bütün Kəlbəcər camaatını və eləcə də Azərbaycanımızın Lənkarandan tutmuş Gəncəyə və  Bakıya qədər bütün insanlarını sarsıtdı..Qara torpağın üzü soyuq olduğu kimi İllır necədə tez keçdi..Bu gün mərhum gənc şair Şaiq Sadıqzadənin anım günüdür... Allah rəhmət eləsin. Ruhu şad olsun... Ailəsinə, doğmalarına, dostlarına, müəllimlərinə və bütün Şaiq sevərlərin hər birinə Allahdan səbir diləyirəm..

 Başqasının dərdini öz dərdi kimi yaşamaq, insanlara qarşı ədalətli və yanımcıl olmaq, başqasının haqqını yeməmək, Şaiqin çox şeirlərinin ana xəttidir:

Aram yaxşı olub riyyaziyyatla,
Mən yaxşı bilirəm hesab çəkməyi.
Mən yaxşı bilirəm bir qəlb qıranda,
Gecə səhərəcən əzab çəkməyi.
   
 Şair bir amal üstündə çalışıb-vuruşur, halallığın necə bir xoşbəxtlik olduğunu insanlara başa salmağa çalışır..Nəticəni,  yenə də  özünü dərk etmədə görür: 

Heç vaxt düşünmədim mən öz halımı,
Könlüm həssas oldu, dərd bilən oldu.
Biriylə böləndə ortaq malımı,
Vicdanım arada tənbölən oldu.
    
 Şair bu şerinin aşağıdakı bəndində talehin amansızlığını da tutarlı deyib:

Aldadır adamı zaman xəlbiri..
Yaxşını ayırmaz, pisi ələməz...
Bəxtin gətirməsə, işin tərs gedər;
Beşi üçə vursan, on beş eləməz..
     
Şerin digər  bəndində ikiüzlü insanların yararsızlığını cəmiyyətə bir daha xatırladır:

Həyat başdan-başa riyazi tənlik,
Özündə saxlayır çox gizliləri..
İnsan var, sifəti həndəsi fiqur,
Nə qədər görmüşəm çoxüzlüləri.
     
Gənc olmasına baxmayaraq Şaiq bu şerin son bəndində, dünyanı dördəlli tutan tamahkarlara güclü bir mesaj ünvanlayıb. Nə yazıq ki, elə nəfsinə qul olan harınlar öz işindədilər:

İndidən düşün ki, müvəqqətisən,
Bunu anlamağın sonu gec olur...
Yığdığın var-dövlət ölüm gələndə,
Sıfıra vurulur hər şey heç olur.

Müəllif: Şaiq Sadıqzadə! Allah rəhmət eləsin...Əzizlərinə Allahdan səbir diləyirəm..
 Bu bənd maddi cəhətdən olsa da, Şaiq öz mənəvi söz dünyası ilə mükəmməl bir sərvət qoyub gedib ki, zaman-zaman poeziya sevərlər tərəfindən yad ediləcəkdir..Bu narahat dünyamızda özünə yer tapa bilməyən şairimizin O dünyasını Allah rahat eləsin..Şaiq Sadıqzadə yaşayıb, yaşayır və yaşayacaqdır..Hər birimiz Allahın əmri qarşısında acizik..

Şairin ruhuna hörmətlə; Yusif Hüseyn.








Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 24-11-2022 19:42
Baxış sayı: 3412
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını