Reklam
Şair Nəbi Kəlbəcərlinin ömür-gün yoldaşı dünyasını dəyişdi
11-10-2022 20:53
Otuz ilə yaxın yurd-yuva göynərtisi, torpaq ağrısı iliyimizə qədər işlədi. Doğma yurda əli uzalı dünyasını dəyişənlərimzin itkisi isə bizə ikiqat dərd oldu. Neçə-neçə həmyerlimiz doğma torpağa qovuşa bilmədi. 92 yaşlı Qələm Məhərrəm qızının da Kəlbəcəri görmək arzusu gözündə qaldı. Nə müqəddəs ocağı, nə də gənc yaşlarında faciəli şəkildə dünyasını dəyişən qızının məzarını ziyarət edə bilmədi. Ancaq doğmalarının bir təsəllisi var: Yaxşı ki, Kəlbəcərin yağı düşməndən azad olduğunu eşitdi, bildi.
Qeyd edək ki, Qələm Məhərrəm qızı şair Molla Nəbi Kəlbəcərlinin (Dilsuz) ömür-gün yoldaşıdır. Nəbi Kərim oğlu Nəcəfov 1886-cı ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuş, 1969-cu ildə dünyasını dəyişmişdi. “Dilsuz və Xəzəngül” adlı ilk dastanı 1939-cu ildə nəşr edilmişdir. O, bu əsərin mövzusunu məşhur “Çəhli tuti” əsərindən götürmüşdür. “Fəzil və Məhliqa” isə şairin qələmə aldığı ikinci dastanıdır. Şair Nəbi Dilsuz çox sayda gəraylı, qoşma, təcnis, müxəmməs, gözəlləmə və deyişmənin də müəllifidir. O, bədii yaradıcılıqla məşğul olmaqla bərabər, bir sıra məsul vəzifələrdə də çalışmış, xalq arasında böyük hörmət və nüfuz qazanmışdır.
Bildirək ki, Qələm Məhərrəm qızının yas mərasimi oktyabr ayının 13-də Sumqayıtda keçiriləcək.
Ünvan: Sumqayıt ş, 3mk/rn, "Mübariz" məclis evi.(Keçmiş "Kosmos")
Allah rəhmət eləsin!
Dalidag.az

Kateqoriya: Karusel
Tarix: 11-10-2022 20:53
Baxış sayı: 3948Yazı axını
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
13 / 12 / 2025
13 / 12 / 2025
12 / 12 / 2025
11 / 12 / 2025
11 / 12 / 2025
10 / 12 / 2025
09 / 12 / 2025
09 / 12 / 2025
08 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)























