Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistan tərəfi müharibədən 2 il keçməsinə baxmayaraq, nə 10 noyabr bəyannaməsinin müddəlarına, nə də digər sənədlərin tələblərinə riayət edir. Bu da yetməzmiş kimi indi həm sülhməramlıların müvəqqəti nəzarətində olan, həm də sərhəd əraziləri mütəmadi olaraq atəşə tuturlar.
Xüsusilə də, Kəlbəcər istiqamətində ermənilərin fəallığı əhəmiyyətli dərəcədə artıb. Ermənilər davamlı olaraq Ordumuzun Kəlbəcərdə yerləşən postlarına atəş açırlar.
Reklam
Kəlbəcəri erməni hədəfinə çevirən səbəblər
16-07-2022 15:02
Kəlbəcərin davamlı olaraq hədəfdə olmasına səbəb nədir?
Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a danışan Milli Məclisdə Kəlbəcəri təmsil edən deputat Aqil Məmmədov bildirib ki, atəşkəs tək Kəlbəcər istiqamətində yox, digər sərhəd bölgələrimizdə də zaman-zaman pozulur:
"Ümumilikdə Kəlbəcər istiqamətində atəşkəsin pozulması intensivləşib. Onlar bununla heç bir yerə tabe olmadıqlarını, 10 noyabr 2020-ci il bəyannaməsini qəbul etmədiklərini və digər etirazlarını göstərmək niyyəti güdürlər. İkinci tərəfdən, bu gün Ermənistanda dərin fikir ayrılıqları var. Erməni ictimaiyyətindəki bir çox insan sosial şəbəkə hesablarında yazırlar ki, onlar müharibə istəmirlər, sülh istəyirlər. Lakin Serj Sarkisyan və Robert Köçəryan cütlüyü əksinə, sərhədlərin delimitasiya və demarkasiyasına, sülh sazişinin imzalanmasına mənfi münasibət göstərir. Bu proseslərə hansı formada olur-olsun maneçilik törətmək istəyirlər".
Onun sözlərinə görə, bölgədə maraqlar toqquşur:
"Bölgədə maraqları olan qüvvələrin də öz niyyətlərini həyata keçirmək üçün Ermənistana təzyiq göstərdikləri açıqdır. Aydın görmək olur ki, Ermənistan özü bir dövlət kimi müstəqil siyasət yürütmək gücünə malik deyil. Ona görə də, təxribatların baş verməsi, bəzən də Paşinyanın özünün bu vəziyyətdən istifadə edib, maraqlarını həyata keçirməyə çalışması qəribə situasiya yaradıb. Mən bu səbəbdən vəziyyəti xaotik qiymətləndirirəm. Əsas olaraq bunlar istəyirlər ki, öz məqsədləri üçün hansı vasitə olursa-olsun istifadə etsinlər. Düşünürəm ki, bütün bunlar əbəsdir. Ermənistanın mövcud blokada vəziyyətindən çıxmaq üçün yeganə yolu Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurmaqdır. Artıq Ermənistan və Türkiyə arasında bu istiqamətdə ilkin addımlar atılıb. Azərbaycanla da əlaqələri normallaşdırmaq üçün bizim təkliflərimiz qəbul edilməlidir. Hesab edirəm ki, irəliləyən vaxtlarda bu istiqamətdə ilkin addımlar atılmalıdır. Bu olmasa, yenə də onlar blokada vəziyyətində qalacaqlar. Xatırlasınlar ki, 30 il Azərbaycanın 20 faizini işğal etdikləri zaman belə, blokadadan çıxa bilmədilər. Ermənistan öz əhalisinin sosial durumunu yaxşılaşdıra bilmədi. Bütün bunları nəzərə almalıdırlar".
Deputatın fikrincə, Kəlbəcər istiqamətində ermənilərin intensiv təxribatlarının səbəblərindən biri və ən əsası bölgənin strateji əhəmiyyətidir:
"Əvvəldən deyirdik ki, Kəlbəcər qərbdən Azərbaycanın qala qapısıdır. Bu da təsadüfi deyil. Çünki Kəlbəcərin ortadan götürülməsi Ermənistanla Qarabağ ərazisinin birləşməsi deməkdir. Ərazinin böyük əhəmiyyətini düşünürək mütəmadi olaraq onlar Kəlbəcərə öz təsirlərini göstərmək istəyirlər. Ancaq hər dəfə öz layiqli cavablarını alırlar. Özləri də yaxşı bilirlər ki, bu cür addımlar atmaqla nəyəsə nail ola bilməzlər. Sadəcə onlar öz havadarlarının, yaxud daxildə olan müəyyən qüvvələrin diqtəsini həyata keçirmək üçün bəzən məcburən bu təxribatları həyata keçirirlər. Mən bunu bu cür qəbul edirəm. Ona görə ki, Ermənistanın hazırki durumu heç cür imkan vermir ki, hər hansı təxribatdan onlar nəyəsə nail ola bilsin.Bunlar hamısı əbəsdir. Onlar bu cür üsullara əl atmaqdan qaçmalıdır".

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 16-07-2022 15:02
Baxış sayı: 4316
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23