Reklam
"İçərişəhər" İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib
18-12-2019 18:22
Dalidag.az xəbər verir ki, bu barədə "İçərişəhər" DTMQİ mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.
Bu qərar Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında verilib.
Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır.
Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, İSESCO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib.
Dalidag.az
Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 18-12-2019 18:22
Baxış sayı: 2663Yazı axını
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
Ən çox oxunanlar




























