Kəlbəcərli şəhid polkovnik-leytenantın övladı nişanlandı - ŞƏKİLLƏR

04-07-2022 12:35
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Abşeron rayonunda Şəhid hərbi həkim, tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevin övladı Yaqub Abdullayevin nişan mərasimində iştirak edib.

Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcərli ziyalılarından Sabir Mirzəyev, təhsil işçiləri Xəqani Nadirov, Gültəkin Cəlilova, Həqiqət Məmişova və Rabitə Kollecinin müəllimi Kəmalə Əliyeva iştirak ediblər.
Çıxış edənlər gəncləri  təbrik edərək, onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıblar.
Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi.
Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 
Aprel döyüşlərinin də iştirakçısı olan, polkovnik-leytenant Rasim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Ailəli idi, 2 övladı yadigar qaldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın zəfəri ilə başa çatmış 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim polkovnik-leytenantı Rasim Abdullayev"Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!


Dalidag.az









Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 04-07-2022 12:35
Baxış sayı: 2391
Müəllif: Ramil Salmanov
Tarix: 6 iyul 2022 10:07
ALLAH XOŞBƏXT ETSİN. Həbib müəllimə də təşəkkürlər...
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını